Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış elektron pul təşkilatında fəaliyyəti müstəqil qiymətləndirəcək, daxili nəzarət və risk sistemlərinin effektivliyini təhlil edəcək və çatışmazlıqlar üzrə təkmilləşdirmə tədbirləri təklif edəcək mütəxəssis axtarırıq.
Vəzifə Öhdəlikləri
- Fəaliyyətin qanunvericiliyə, Mərkəzi Bankın normativ aktlarına və daxili prosedurlara uyğunluğunu audit etmək.
- Risk-əsaslı yanaşma ilə illik daxili audit planını hazırlamaq.
- Struktur bölmələrin, biznes proseslərinin və əməliyyatların müstəqil auditini aparmaq.
- Maliyyə, əməliyyat, İT və informasiya təhlükəsizliyi prosesləri üzrə yoxlamalar aparmaq.
- AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğu yoxlamaq.
- Daxili nəzarət mexanizmlərini qiymətləndirmək, nəzarət boşluqlarını və riskləri müəyyən etmək.
- Aşkar edilmiş çatışmazlıqların kök-səbəb analizini aparmaq və tövsiyələr hazırlamaq.
- Audit hesabatlarını hazırlayıb Direktora təqdim etmək.
- Tədbirlər planının icrasını monitorinq etmək və təkrar qiymətləndirmə aparmaq.
- Yeni məhsul və xidmətlərin tətbiqində, üçüncü tərəf təchizatçıların qiymətləndirilməsində iştirak etmək.