
31-05-2026
173
Tənzimlənən maliyyə sektorunda daxili nəzarət sistemini gücləndirmək, risk-əsaslı yanaşma ilə işləmək və ödəniş təşkilatının fəaliyyətinin qanunvericilik və Mərkəzi Bank tələblərinə uyğunluğunu təmin etməkdə həlledici rol oynayacaq təcrübəli ekspert axtarırıq.
• Təşkilatın fəaliyyətinin qanunvericiliyə, Mərkəzi Bankın normativ aktlarına və daxili reqlament sənədlərinə uyğunluğunun müstəqil monitorinqi və qiymətləndirilməsi.
• Daxili nəzarət siyasətinin, qaydalarının və prosedurlarının hazırlanması, yenilənməsi və icrasına nəzarət.
• Daxili nəzarət prosedurlarının icrası, çatışmazlıqların aşkarlanması, kök-səbəb analizi və idarəetmə orqanına sənədli formada hesabat verilməsi.
• ƏL/TMM (AML/CFT) üzrə daxili nəzarət proqramının icrası, şübhəli əməliyyatların monitorinq prosesində iştirak.
• Mərkəzi Banka təqdim edilən dövri hesabatların hazırlanması, düzgünlüyünün və tamlığının yoxlanılması.
• Struktur bölmələr arasında maraqlar münaqişəsinin idarə edilməsi üzrə prosedurların tətbiqi.
• Üçüncü tərəf təchizatçıların xidmətlərindən istifadə zamanı müvafiq tələblərə əməl edilməsinin yoxlanılması və qiymətləndirilməsi.
• Risk qiymətləndirmə, risk matrisi və risk limitlərinin hazırlanmasında və yenilənməsində aparıcı iştirak.
• Aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin icra vəziyyətinin nəzarətdə saxlanılması.
• Yeni ödəniş xidmətləri və məhsulların təqdim edilməsi zamanı risk və nəzarət baxımından ekspert qiymətləndirməsinin verilməsi.
• Daxili nəzarət üzrə az təcrübəli əməkdaşlara metodiki dəstək göstərilməsi.
• Daxili nəzarət, daxili audit, komplayens və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi.
• Maliyyə, hüquq, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahədə ali təhsil.
• `Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında` Qanun və müvafiq Mərkəzi Bank normativ aktları üzrə dərin bilik.
• `Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında` Qanunun tələbləri üzrə praktiki bilik.
• COSO, ISO 31000 və ya digər daxili nəzarət / risk çərçivələri üzrə anlayış.
• Risk qiymətləndirmə, risk matrisi və risk limitləri ilə işləmə təcrübəsi.
• Daxili audit metodologiyaları və hesabat texnikaları üzrə bilik.
• Analitik düşüncə, müstəqil qərar qəbuletmə qabiliyyəti, detal-yönlü yanaşma və yüksək məsuliyyət hissi.
• Bank, bank olmayan kredit təşkilatı və ya ödəniş sektorunda iş təcrübəsi üstünlükdür.
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.
İngilis dili – Yaxşı səviyyədə (normativ aktlar və beynəlxalq standartların oxunması üçün).
Rus dili – Arzu olunandır
Son tarix
June 30, 2026
Paylaşılıb
may 31, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr