MSolution

Hüquqşünas

  • MSolution
  • CR6X+65C, Atatürk prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

13-08-2026

681

Bağlanılıb

Təsvir

Fintech layihələrinin hüquqi arxitekturasını quracaq, biznes hədəfləri ilə hüquqi risklər arasında balans yaradacaq və dinamik mühitdə komandamızın hüquqi dayağı olacaq peşəkar mütəxəssis axtarırıq.


Vəzifə Öhdəlikləri


• Şirkətin müqavilə, məktub, arayış və digər hüquqi sənədlərini hazırlamaq.

• Müştəri, tərəfdaş, bank və dövlət qurumları ilə hüquqi yazışmalarda iştirak etmək.

• Yeni fintech və ödəniş məhsullarının hüquqi uyğunluğunu analiz etmək.

• E-commerce, payout, aggregator, prefunding və digər ödəniş modelləri üzrə hüquqi riskləri qiymətləndirmək.

• AML/KYC, compliance və risk proseslərinə hüquqi dəstək göstərmək.

• Mərkəzi Bank və digər tənzimləyici qurumların tələblərinə uyğunluq üzrə sənədləşmədə iştirak etmək.

• Daxili qaydalar, prosedurlar və siyasətlərin hazırlanmasına dəstək vermək.

• Şirkətin hüquqi sənəd dövriyyəsini idarə etmək.

• Məhsul, risk, AML və biznes komandaları ilə birlikdə işləmək


Tələblər

• Hüquq üzrə ali təhsil.

• Korporativ hüquq, müqavilə hüququ və kommersiya hüququ üzrə biliklər.

• Ödəniş xidmətləri, AML/KYC və compliance tələbləri üzrə anlayış.

• Yeni məhsul və xidmətlərin yaradılması zamanı hüquqi uyğunluğu qiymətləndirmək bacarığı.

• Müqavilə, rəsmi məktub, arayış və daxili hüquqi sənədlərin hazırlanması bacarığı.

• Azərbaycan Respublikasının mülki, əmək, vergi və sahibkarlıq qanunvericiliyi üzrə biliklər.

• Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik.

• Müstəqil işləmək və prioritetləri düzgün idarə etmək bacarığı.

• Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.


Üstünlük hesab olunur


• Ödəniş təşkilatı, fintech və ya bank sektorunda iş təcrübəsi.

• Mərkəzi Bank tələbləri və ödəniş xidmətləri qanunvericiliyi ilə tanışlıq.

• AML, compliance və məhsul hüququ üzrə praktik biliklər.

• Hüquqi məsələlərə biznes və risk prizmasından yanaşmaq bacarığı.

• İngilis və rus dili biliyi.


Biz nə təklif edirik?


• Sürətlə böyüyən Fintex sektorunda real karyera imkanı.

• Kiçik, çevik və peşəkar komanda mühiti.

• Maraqlı hüquqi keyslər və innovativ layihələr.

• Peşəkar inkişaf və daimi öyrənmə imkanları.

• Rəqabətli əməkhaqqı.


Vakansiya haqqında

Paylaşılıb

avqust 13, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Hüquq