Product Owner Proqram təminatı məhsullarının hazırlanması prosesində biznesi və texniki komandanı bir araya gətirəcək, tələbləri formalaşdıracaq və layihələrin effektiv icrasını təmin edəcək Product Owner axtarırıq.
Vəzifə Öhdəlikləri
- Məhsulun inkişaf hədəflərini anlamaq və komandanın gündəlik işlərinin yol xəritəsinə (roadmap) uyğunluğunu təmin etmək.
- Biznes və istifadəçi tələblərini təhlil edərək onları aydın, anlaşılan "User Story"-lərə və texniki tapşırıqlara çevirmək.
- Məhsulun Backlog-unu (Product Backlog) formalaşdırmaq, prioritetləşdirmək və daim aktual saxlamaq.
- Development komandası ilə sıx əməkdaşlıq etmək, sprint ərzində yaranan sualları vaxtında cavablandırmaq və tapşırıqları dəqiqləşdirmək.
- Layihənin ehtiyaclarına uyğun olaraq Agile/Scrum komanda görüşlərində (Sprint planlama, Daily, Retro) iştirak etmək.
- Hazırlanmış funksionallıqların qəbul meyarlarına (Acceptance Criteria) uyğunluğunu yoxlamaq və test (UAT) prosesində iştirak etmək.
- Yeni funksionallıqların tətbiqi zamanı maraqlı tərəflər (stakeholders) və texniki komanda arasında əlaqələndirici rol oynamaq.