Fintech və ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkətimizə, gündəlik maliyyə əməliyyatlarının icrasında, müştəri vəsaitlərinin idarə olunması və bank hesabları üzrə nəzarət proseslərində iştirak edəcək məsuliyyətli və analitik düşüncəyə malik Mühasib Köməkçisi axtarırıq.
Vəzifə öhdəlikləri
- Hesablanan müştəri öhdəliklərinə əsasən müştəri vəsaitlərinin düzgün və vaxtında köçürülməsi prosesinə nəzarət etmək.
- Müştəri öhdəlikləri üzrə gündəlik əməliyyatların düzgünlüyünü yoxlamaq və monitorinqini həyata keçirmək.
- Aylıq üzləşdirmə (reconciliation) proseslərini icra etmək və uyğunsuzluqları müəyyən edərək aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə aradan qaldırılmasına dəstək vermək.
- Bank hesabları və xüsusi cari hesablar üzrə vəsait qalıqlarını gündəlik izləmək və nəzarətdə saxlamaq.
- Bank çıxarışlarını maliyyə sistemindəki məlumatlarla müqayisə etmək və uyğunluğunu test etməklə, avtomatlaşdırılmış proseselərin düzgün işləməsini nəzarətdə saxlamaq
- Gündəlik maliyyə əməliyyatları üzrə hesabatların hazırlanmasına dəstək vermək.
- Daxili prosedur və qaydalara uyğun maliyyə əməliyyatlarının icrasında iştirak etmək.
- Maliyyə və əməliyyat komandaları ilə koordinasiyalı şəkildə işləmək.
- Bölmə rəhbəri tərəfindən verilən digər maliyyə və əməliyyat tapşırıqlarını yerinə yetirmək.