
MSolution komandasında texnoloji vizyonu idarə edəcək, mühəndislərdən ibarət komandanı həm idarəçi (management), həm də texniki lider kimi yönləndirəcək, resursların düzgün bölüşdürülməsindən və çatdırılma (delivery) prosesindən məsul olacaq Tech Lead axtarırıq. Siz sadəcə kod yazmayacaqsınız; komandanın texniki böyüməsinə rəhbərlik edəcək, memarlıq qərarlarını biznesin hədəfləri ilə uzlaşdıracaq və çatdırılma keyfiyyətinə birbaşa cavabdeh olacaqsınız.
• Microservice arxitektura əsasında backend sistemlərin layihələndirilməsi və inkişafı (Java 17+, Spring Boot).
• Sistem arxitekturası üzrə texniki qərarların qəbul edilməsi və arxitektura sənədlərinin hazırlanması.
• RabbitMQ və ya Kafka ilə event-driven inteqrasiyaların qurulması.
• REST API dizaynı, versiyalama və inteqrasiya strategiyalarının müəyyənləşdirilməsi.
• Performance bottleneck-lərin aşkarlanması, profiling və production insidentlərin root cause analizi.
• Code review prosesinin idarə olunması, kodlaşdırma standartlarının formalaşdırılması və komandanın yazı daxili keyfiyyətinə nəzarət edilməsi.
• Komanda üzvlərinə texniki mentorluq, pair programming, bilik paylaşımı və tapşırıqların düzgün delegasiyası.
• DevOps/Infrastructure komandaları ilə birlikdə CI/CD pipeline və deployment proseslərinin təkmilləşdirilməsi.
• Java üzrə minimum 5 il production təcrübəsi.
• Spring ekosistemi üzrə dərin biliklər (Spring Boot, Spring Security, Spring Data JPA).
• Real production mühitində microservice arxitektura təcrübəsi (service decomposition, inter-service communication, distributed tracing).
• RabbitMQ və ya Kafka ilə praktiki iş təcrübəsi.
• PostgreSQL, MySQL və NoSQL (MongoDB, Redis) verilənlər bazaları ilə iş təcrübəsi.
• Docker və Kubernetes ilə konteynerləşdirmə və orkestrasiya təcrübəsi.
• OAuth2, OpenID Connect, JWT əsaslı autentifikasiya/avtorizasiya mexanizmləri və Keycloak ilə praktiki iş təcrübəsi.
• Git branching strategiyaları (GitFlow və ya trunk-based development) üzrə biliklər.
• CI/CD proseslərinin idarə olunması təcrübəsi (Jenkins, GitLab CI, GitHub Actions).
• Elastic Stack, Grafana, Prometheus və ya APM alətləri ilə monitoring təcrübəsi.
• AI coding assistant-lərdən (GitHub Copilot, Cursor) effektiv istifadə bacarığı.
• Komandaya texniki istiqamət vermə, kod review prosesləri ilə keyfiyyəti qoruma və güclü idarəçilik (leadership) bacarığı.
Üstünlük hesab olunur:
Fintech, payment və ya high-load sistemlərində iş təcrübəsi.
WebFlux / Project Reactor ilə reactive proqramlaşdırma təcrübəsi.
AWS, GCP və ya Azure ilə cloud-native development təcrübəsi.
PCI DSS və ya digər təhlükəsizlik standartları haqqında biliklər.
Son tarix
June 24, 2026
Paylaşılıb
may 25, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
5-8 il
Vəzifə dərəcəsi
Mütəxəssis

AQA Şirkətlər Qrupu ● Bakı, Azərbaycan
22-05-2026
246

Facility Management Group ● Bakı, Azərbaycan
Bu gün
5

Atəşgah Sığorta Şirkəti ● Bakı, Azərbaycan
Bu gün
1.4K

Mixtech ● Bakı, Azərbaycan
Bu gün
13

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ● Bakı, Azərbaycan
Bu gün
714