Beynəlxalq reytinqlərdə Akademiyanın iştirakının və reytinq prosesləri üzrə işlərin koordinasiyasını təmin etmək (QS, THE, ARWU və digər)
Reytinq təşkilatlarının metodologiyalarını və qiymətləndirmə meyarlarını təhlil etmək, nəticələrə uyğun təkmilləşdirmə tədbirləri hazırlamaq
Reytinq göstəriciləri üzrə məlumatların struktur bölmələrdən toplanmasını, yoxlanılmasını, sistemləşdirilməsini və vaxtında təqdim edilməsini təmin etmək
Akademiyanın performans göstəricilərinin (KPI) monitorinqini və təhlilini aparmaq
Reytinq nəticələrini təhlil etmək, rəhbərlik üçün analitik məlumat və hesabatlar hazırlamaq
Reytinq mövqelərinin yaxşılaşdırılması istiqamətində fəaliyyət planlarının hazırlanmasında iştirak etmək və icrasını koordinasiya etmək
Beynəlxalq reytinq platformalarında Akademiyanın profil və məlumatlarının aktuallığını və düzgünlüyünü təmin etmək
Müvafiq struktur bölmələrlə effektiv əməkdaşlıq və məlumat mübadiləsini təmin etmək
Vəzifə üzrə sənədlərin, məlumatların və hesabatların düzgün, vaxtında və məxfilik tələblərinə uyğun hazırlanmasına cavabdeh olmaq
Tələblər
Ali təhsil (Menecment, iqtisadiyyat, statistika, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə)
Dil biliyi: Azərbaycan - əla, ingilis dili - əla, rus - orta
QS, THE, ARWU və digər beynəlxalq universitet reytinqlərinin metodologiyalarını və əsas qiymətləndirmə meyarlarını bilmək
Ali təhsil müəssisələrinin beynəlxalq reytinq göstəricilərini və performans indikatorlarını (KPI) bilmək
Məlumatların toplanması, sistemləşdirilməsi, təhlili və müqayisəli qiymətləndirilməsi üsullarını bilmək
Analitik hesabatların və təqdimatların hazırlanması qaydalarını bilmək
Beynəlxalq reytinq platformaları və məlumat bazaları ilə iş prinsiplərini bilmək
Ali təhsil sahəsində müvafiq normativ-hüquqi tələbləri bilmək
Məlumatların məxfiliyinin və informasiya təhlükəsizliyinin əsas prinsiplərini bilmək
MS Office proqramlarını, xüsusilə Excel, Word və PowerPoint proqramlarında işləmək bacarığı