Milli Aviasiya Akademiyası
Ana səhifə
/
/
/
Uçuş təhlükəsizliyinin idarəedilməsi sistemləri üzrə böyük mütəxəssis (SMS)

Uçuş təhlükəsizliyinin idarəedilməsi sistemləri üzrə böyük mütəxəssis (SMS)

Bu gün

24

Təsvir

  • Təlim mərkəzinin ATO, FSTD və ATCO fəaliyyətləri üzrə Təhlükəsizliyin İdarəedilməsi Sisteminin (SMS) effektiv fəaliyyətinin təmin edilməsində iştirak etmək
  • SMS-in ICAO standartları, EASA tələbləri və Azərbaycan Respublikasının müvafiq aviasiya qanunvericiliyinə və normativ tələblərinə uyğunluğunun təmin edilməsinə dəstək vermək
  • Təhlükələrin (Hazard) müəyyən edilməsi, qeydiyyatı, təhlili və risklərin qiymətləndirilməsi proseslərini təşkil etmək və həyata keçirmək
  • Təhlükəsizlik risklərinin qiymətləndirilməsi, risklərin azaldılması tədbirlərinin müəyyən edilməsi və onların effektivliyinin monitorinqində iştirak etmək
  • Təhlükəsizlik göstəricilərinin (Safety Performance Indicators – SPIs) və təhlükəsizlik məqsədlərinin monitorinqində iştirak etmək
  • Təhlükəsizlik üzrə məlumatların toplanması, təhlili və hesabatların hazırlanmasını təmin etmək
  • Təhlükəsizlik hadisələri, insidentlər, uyğunsuzluqlar və digər safety-related məlumatların araşdırılmasında iştirak etmək
  • Təhlükəsizlik hadisələrinin kök səbəblərinin (Root Cause) və sistemli faktorların müəyyən edilməsinə dəstək vermək
  • Müvafiq hallarda düzəldici və qabaqlayıcı tədbirlərin (CAPA) hazırlanmasını, icrasını və effektivliyinin monitorinqini həyata keçirmək
  • Safety Reporting System vasitəsilə daxil olan məlumatların təhlilini və izlənilməsini həyata keçirmək
  • Təhlükəsizlik məlumatlarının məxfiliyinin və “Just Culture” prinsiplərinin qorunmasına riayət etmək
  • ATO, FSTD və ATCO bölmələrində təhlükəsizliklə bağlı proseslərin monitorinqində iştirak etmək
  • Təhlükəsizlik auditləri, inspeksiyalar, daxili qiymətləndirmələr və təhlükəsizlik sorğularının planlaşdırılması və həyata keçirilməsində iştirak etmək
  • Audit və monitorinq nəticələri əsasında təhlükəsizlik risklərinin və tendensiyaların müəyyən edilməsinə dəstək vermək
  • Təhlükəsizlik üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək
  • Rəhbərliyə təhlükəsizlik göstəriciləri, əsas risklər, tendensiyalar və tələb olunan tədbirlər barədə məlumat təqdim etmək

Tələblər

  • Ali təhsil (aviasiya, hava nəqliyyatı, mühəndislik, təhlükəsizlik, idarəetmə və ya əlaqəli sahələr üzrə)
  • ICAO və EASA-nın SMS və təhlükəsizlik idarəetməsi üzrə əsas tələblərini bilmək
  • ATO, FSTD və ATCO təlim fəaliyyətləri üzrə təhlükəsizlik və uyğunluq tələblərini bilmək
  • Təhlükələrin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və idarə edilməsi prinsiplərini bilmək
  • Safety Performance, Safety Assurance və Safety Reporting prinsiplərini bilmək
  • Hadisələrin araşdırılması, kök səbəb təhlili (Root Cause Analysis) və düzəldici tədbirlərin idarə edilməsini bilmək
  • Just Culture, təhlükəsizlik mədəniyyəti və Management of Change (MoC) prinsiplərini bilmək
  • Aviasiya sahəsində audit, Compliance Monitoring və təhlükəsizlik məlumatlarının təhlili prinsiplərini bilmək
  • Azərbaycan Respublikasının aviasiya sahəsində müvafiq normativ-hüquqi tələblərini bilmək


Vakansiya haqqında

Son tarix

September 10, 2026

Paylaşılıb

avqust 19, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Təhsil

Bakalavr

Kateqoriya

Təhsil