Əsas vəzifələr:
- Mərkəzin hüquqi strategiyasını formalaşdırmaq, bütün fəaliyyətlərin qüvvədə olan
qanunvericiliyə və tənzimləyici tələblərə uyğunluğunu təmin etmək;
- Süni intellekt, böyük verilənlər və innovasiya sahəsində hüquqi bazanın
formalaşdırılmasına töhfə vermək;
- Normativ hüquqi aktların, müqavilələrin və digər sənədlərin hüquqi ekspertizasını
həyata keçirmək;
- AI sistemlərinin tətbiqi zamanı hüquqi uyğunluğun (compliance)
qiymətləndirilməsini aparmaq;
- Texnologiya, proqram təminatı, lisenziyalaşdırma və beynəlxalq əməkdaşlıq
müqavilələrinin hazırlanmasında iştirak etmək;
- Azərbaycan Respublikası məhkəmələrində və zərurət yarandıqda beynəlxalq
arbitrajlarda Mərkəzin maraqlarını müdafiə etmək;
- Dövlət orqanları və digər qurumlarla hüquqi yazışmaları, müraciətləri, sorğuları
və cavabları hazırlamaq və əlaqələndirməni təmin etmək;
- Prosessual hüquqi sənədlərin hazırlanmasını təmin etmək;
- Şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik sahəsində hüquqi tələblərin
icrasına nəzarət etmək;
- AI layihələri üzrə hüquqi risklərin müəyyən edilməsi və idarə olunması üzrə
tövsiyələr vermək;
- Struktur bölmələrə hüquqi məsləhət, rəy və arayışlar təqdim etmək;
- Dövlət orqanları, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla hüquqi
əməkdaşlıqda iştirak etmək;
- Müqavilə öhdəliklərinin icrasına nəzarət etmək, pozuntuların qarşısını almaq və
zəruri hüquqi tədbirlərin görülməsini təmin etmək;
- Daxil olan müraciət və sorğulara qanunvericiliyə uyğun baxılmasını təmin etmək;
- Strateji plan və dövlət proqramları çərçivəsində hüquqi tədbirlərin icrasında iştirak
etmək;
- Fəaliyyət üzrə hesabatlar və iş planları hazırlamaq;
- Dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
Təhsil:
Hüquq üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür)
İş təcrübəsi:
- Hüquq sahəsində minimum 2–5 il iş təcrübəsi
- Dövlət qurumlarında və ya texnologiya/IT sahəsində təcrübə üstünlükdür
Bilik və bacarıqlar:
- Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı səviyyədə bilmək
- Müqavilə hüququ, inzibati hüquq və mülki hüquq üzrə biliklər
- Məlumatların qorunması və rəqəmsal hüquq sahəsində anlayış (üstünlükdür)
- Analitik düşünmə və hüquqi təhlil bacarığı
- Yazılı və şifahi ünsiyyət bacarıqları
- İngilis dili biliyi (ən azı orta səviyyə)
Üstünlük verilən əlavə biliklər:
- Süni intellekt və data hüququ üzrə biliklər
- Beynəlxalq hüquq və ya beynəlxalq müqavilələr üzrə təcrübə
- Compliance və risk idarəetməsi sahəsində biliklər
- Texnoloji məhsullar və startap ekosistemi ilə tanışlıq
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətlilik və etik davranış
- Komandada işləmək bacarığı
- Təşəbbüskarlıq və proaktiv yanaşma
- Məxfilik prinsiplərinə riayət
Təklif olunur:
- Rəqabətli əməkhaqqı
- Peşəkar inkişaf imkanları
- İnnovativ və dinamik iş mühiti
- Beynəlxalq layihələrdə iştirak imkanı