Milli Süni İntellekt Mərkəzi (NAIC), AZCON Holding-in tərkibində fəaliyyət göstərərək Azərbaycanda süni intellekt sahəsində tədqiqatların inkişafını və tətbiqini təşviq edir. Mərkəz, süni intellekt texnologiyalarının tətbiqi və miqyaslandırılması vasitəsilə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir. Hazırda biznes məqsədlərinə uyğun olaraq süni intellekt həllərinin layihələndirilməsi, inkişaf etdirilməsi və istehsal mühitinə tətbiqinin təmin edilməsi, eyni zamanda AI komandasının layihələrinə texniki liderlik etmək və yüksək səviyyədə qərarvermə proseslərini dəstəkləmək məqsədil Baş Süni İntellekt Mühəndisi axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- AI sistemlərinin arxitekturasının hazırlanması və inkişafına rəhbərlik etmək
- Model həyat dövrünü idarə etmək: data hazırlığı, təlim, qiymətləndirmə, deployment, monitorinq
- Böyük dil modelləri (LLM), RAG sistemləri və digər qabaqcıl ML həllərinin layihələndirilməsi
- Mühəndislik komandası ilə birlikdə end-to-end AI həllərinin qurulması
- Kodun keyfiyyətinə nəzarət, code review və komanda üzvlərinə mentorluq
- Data pipeline-ların və MLOps proseslərinin optimallaşdırılması
- Texniki risklərin və ehtiyacların qiymətləndirilməsi, rəhbərliyə məsləhət verilməsi
Tələb edilən texniki bilik və bacarıqlar:
- Sahə üzrə 5 il iş təcrübəsi
- Python üzrə yüksək səviyyəli bilik və istehsal yönümlü proqramlaşdırma bacarıqları
- Dərin öyrənmə, ML alqoritmləri, LLM-lər və generativ AI texnologiyaları üzrə dərin bilik
- PyTorch və/və ya TensorFlow-da peşəkar səviyyədə işləmə bacarığı
- Model optimizasiyası texnikaları üzrə dərin biliklər (quantization, pruning, knowledge distillation, ONNX, TensorRT)
- Synthetic data generation və data augmentation texnikaları üzrə təcrübə
- Multi-GPU və paylanmış (distributed) model təliminin qurulması və optimallaşdırılması
- RAG, vektor bazaları (FAISS, Milvus, Vespa və s.) ilə təcrübə
- MLOps: Docker, Kubernetes, CI/CD, FastAPI, monitorinq və loglama sistemləri üzrə dərin bilik
- Komanda idarəetməsi və mentorluq bacarığı
Son tarix
June 3, 2026
Paylaşılıb
may 4, 2026
Vakansiya növü
Tam ştat