Təsvir

Milli Süni İntellekt Mərkəzi (MSİM), AZCON Holding-in tərkibində fəaliyyət göstərərək Azərbaycanda süni intellekt sahəsində tədqiqatların inkişafını və tətbiqini təşviq edir. Mərkəz, süni intellekt texnologiyalarının tətbiqi və miqyaslandırılması vasitəsilə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir. MSİM olaraq, ölkədə süni intellekt sahəsində tələbələri, Süni intellekt mühəndislərini, tədqiqatçıları, sənaye ekspertlərini və digər maraqlı tərəfləri bir araya gətirəcək, aktiv və davamlı Süni intellekt icmasının inkişafını təmin edəcək İcma və Ekosistem üzrə mütəxəssis axtarırıq. Bu rolda siz Süni intellekt icmasının formalaşdırılması və koordinasiyası, bilik mübadiləsinin təşviqi, icma əsaslı təşəbbüslərin həyata keçirilməsi və müxtəlif ekosistem iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində aktiv rol alacaqsınız. Fəaliyyətiniz ölkədə Süni intellekt sahəsində insan kapitalının inkişafına, tətbiqi innovasiyaların təşviqinə və milli Süni intellekt ekosisteminin gücləndirilməsinə töhfə verəcək.

Tələblər

Vəzifə öhdəlikləri:


  • Süni İntellekt icmasının inkişaf strategiyasını və fəaliyyət planını hazırlamaq və icrasını təmin etmək;
  • Süni İntellekt icmasının strukturunu formalaşdırmaq və onun müxtəlif iştirakçı qrupları arasında əlaqəni təmin etmək;
  • İcmanın davamlı inkişafı üçün iştirakçıların aktivliyini artıran təşəbbüslər həyata keçirmək;
  • İcma üzvləri arasında əməkdaşlıq və bilik mübadiləsi mühitini inkişaf etdirmək;
  • Süni İntellekt icmasına tələbələr, Sİ mühəndisləri, data mütəxəssisləri, tədqiqatçılar və sənaye ekspertlərini cəlb etmək;
  • Universitetlər və texnologiya yönümlü icmalarla əməkdaşlıq qurmaq;
  • Süni İntellekt icmasının müxtəlif iştirakçı təbəqələri üzrə əlaqələndirməni təmin etmək;
  • İcma üzvlərinin aktiv iştirakını və motivasiyasını artıran mexanizmlər formalaşdırmaq;
  • DataRace platforması üzərindən təşkil olunan Süni İntellekt challenge və yarışların koordinasiyasını təmin etmək;
  • Süni İntellekt icması üçün texniki yarışlar, hackathonlar və problemlər üzrə challenge proqramları hazırlamaq;
  • Challenge nəticələrinin qiymətləndirilməsi və iştirakçıların fəaliyyətinin izlənilməsi prosesini idarə etmək;
  • Texniki iştirakçıların layihələrinin və nəticələrinin ictimai təqdimatını təşkil etmək;
  • Süni İntellekt icması üçün texniki seminarlar, vebinarlar və meetup-lar təşkil etmək;
  • Universitetlərdə və digər platformalarda Süni İntellekt icmasının təqdimat tədbirlərini həyata keçirmək;
  • Süni İntellekt icması günü və digər icma tədbirlərinin təşkilində iştirak etmək;
  • İcma üzvləri arasında bilik mübadiləsini təşviq edən fəaliyyətləri planlaşdırmaq;
  • Süni İntellekt icmasının kommunikasiya kanallarını (məsələn Telegram və digər platformalar) idarə etmək;
  • İcma üzvləri üçün müntəzəm məlumat paylaşımı və müzakirə mühitini təmin etmək;
  • Süni İntellekt icmasının fəaliyyətləri haqqında kontent hazırlanması və paylaşılmasını koordinasiya etmək;
  • İcma üzvlərinin fəaliyyətini və nailiyyətlərini ictimai şəkildə tanıtmaq;
  • Universitetlər, startaplar və sənaye təşkilatları ilə əməkdaşlıq imkanlarını inkişaf etdirmək;
  • Dövlət qurumları və özəl sektor nümayəndələri ilə icma fəaliyyətləri üzrə əməkdaşlıq qurmaq;
  • Süni İntellekt icmasının beynəlxalq platformalar və təşkilatlarla əlaqələrinin qurulmasına dəstək vermək.


Təhsil:


Namizədin aşağıdakı istiqamətlərdən biri üzrə ali təhsili olmalıdır:

  • İnformasiya texnologiyaları
  • Kompüter elmləri
  • Data analitikası və ya Data Science
  • İnnovasiya və texnologiya menecmenti
  • Marketinq və kommunikasiya
  • Biznesin idarə edilməsi
  • Beynəlxalq münasibətlər və ya ictimai idarəetmə


İş təcrübəsi:


  • İcma idarəçiliyi, layihə koordinasiyası, texnologiya təşəbbüsləri və ya innovasiya ekosistemi üzrə minimum 2–3 il iş təcrübəsi
  • Texnologiya icmaları, startap ekosistemi, universitet proqramları və ya innovasiya layihələri ilə işləmək təcrübəsi üstünlük hesab olunur


Bilik və bacarıqlar:


  • Onlayn icma platformaları ilə işləmək bacarığı: Telegram, Discord, Slack və s.
  • İcma və tədbir fəaliyyətlərinin planlaşdırılması və koordinasiyası üzrə bacarıqlar
  • Rəqəmsal kommunikasiya və kontent planlaşdırılması üzrə əsas biliklər
  • Data və analitik göstəricilər əsasında icma aktivliyini izləmək bacarığı
  • Texnologiya və innovasiya layihələri üzrə ümumi anlayış
  • Süni intellekt və data sahəsində əsas terminologiya və tətbiqlər barədə ilkin biliklər


Dil bilikləri:


  • Azərbaycan dili - mükəmməl
  • İngilis dili - yaxşı
  • Rus dili - arzuolunandır və üstünlükdür.

Vakansiya haqqında

Son tarix

May 29, 2026

Paylaşılıb

may 7, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr