Milli Kibertəhlükəsizlik Agentliyi
Ana səhifə
/
/
/
İnfrastruktur təhlükəsizliyi üzrə baş mütəxəssis

İnfrastruktur təhlükəsizliyi üzrə baş mütəxəssis

Bu gün

89

Təsvir

  • Yeni informasiya təhlükəsizliyi texnologiyalarının və həllərinin araşdırılması, qiymətləndirilməsi, seçimi, konsepsiyanın sınaqdan keçirilməsi (PoC) və tətbiqi proseslərində iştirak etmək;
  • İnformasiya sistemlərinin və həssas məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını təmin etmək, icazəsiz girişlərin və məlumat sızmalarının qarşısının alınması üzrə təhlükəsizlik nəzarətlərini tətbiq etmək;
  • NGFW, IDS/IPS, DDoS müdafiəsi, WAF, NAC, PAM, DLP və digər informasiya təhlükəsizliyi sistemlərinin layihələndirilməsi, konfiqurasiyası, idarə edilməsi, monitorinqi və texniki problemlərinin aradan qaldırılmasını təmin etmək;
  • Şəbəkə arxitekturasını təhlil etmək, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə Zero Trust, mikroseqmentasiya və Defense-in-Depth kimi təhlükəsizlik modellərini tətbiq etmək;
  • Şəbəkə trafikinin və təhlükəsizlik hadisələrinin monitorinqini və təhlilini aparmaq, potensial təhdidləri müəyyənləşdirmək və müvafiq qabaqlayıcı tədbirləri həyata keçirmək;
  • Firewall qaydalarını və zonalararası giriş siyasətlərini hazırlamaq, optimallaşdırmaq və idarə etmək; VLAN, ACL, NAT, routing, port security, 802.1X və digər şəbəkə təhlükəsizliyi mexanizmlərini konfiqurasiya etmək;
  • VPN, site-to-site və uzaqdan giriş (remote access) bağlantılarını təhlükəsiz şəkildə qurmaq, idarə etmək və monitorinqini həyata keçirmək;
  • İmtiyazlı istifadəçi hesablarının avtomatik aşkarlanması, PAM həllərinə və mərkəzləşdirilmiş parol saxlancına (vault) inteqrasiyası, eləcə də imtiyazlı sessiyaların qeydə alınması və monitorinqini təmin etmək;
  • WAF həllərinin konfiqurasiyasını və optimallaşdırılmasını həyata keçirmək, veb tətbiqlərinə yönəlmiş spesifik hücum vektorlarına qarşı effektiv təhlükəsizlik siyasətlərini formalaşdırmaq və idarə etmək;
  • Təhlükəsizlik sistemlərində loqların toplanması və idarə edilməsi, şifrələmə mexanizmləri və rəqəmsal sertifikatların həyat dövrünün idarə olunmasını təmin etmək;
  • Sızma testləri və təhlükəsizlik qiymətləndirmələrinin nəticələrinə əsasən şəbəkə və informasiya sistemlərində aşkarlanan zəifliklərin aradan qaldırılması üzrə tədbirlər görmək;
  • Layihə, məhsul və xidmətlər üzrə informasiya təhlükəsizliyi siyasətlərinin, prosedurlarının, texniki təlimatların və təhlükəsizlik tələblərinin hazırlanmasında və tətbiqində iştirak etmək;
  • İnformasiya təhlükəsizliyi həllərinin effektivliyini qiymətləndirmək, mövcud təhlükəsizlik nəzarətlərini təkmilləşdirmək və informasiya təhlükəsizliyi üzrə qabaqcıl təcrübələrin tətbiqini dəstəkləmək.


Tələblər

  • Şəbəkə təhlükəsizliyi, sistem təhlükəsizliyi və ya informasiya təhlükəsizliyi sahəsində 3–4 il praktiki iş təcrübəsi;
  • Əsas və mürəkkəb şəbəkə protokolları, firewall sistemlərinin arxitekturası, idarə edilməsi və konfiqurasiyası üzrə dərin praktiki biliklər;
  • Yeni nəsil təhlükəsizlik avadanlıqlarının (NGFW və s.) layihələndirilməsi, arxitekturasının qurulması, konfiqurasiyası və tətbiqi üzrə təcrübə;
  • VPN (IPsec, SSL VPN), NAT və mürəkkəb ACL qaydalarının tərtibi, konfiqurasiyası və optimallaşdırılması üzrə praktiki təcrübə;
  • Windows Server (Active Directory, Group Policy, LDAP) və Linux (Ubuntu, RHEL və s.) əməliyyat sistemləri mühitlərində təhlükəsizlik inzibatçılığı, sistemlərin sərtləşdirilməsi (hardening) və təhlükəsizlik yeniləmələrinin (patch management) idarə olunması üzrə bilik və təcrübə;
  • İmtiyazlı girişlərin idarə edilməsi (Privileged Access Management – PAM) prinsipləri və həlləri üzrə biliklər, o cümlədən parolların dövri yenilənməsi (password rotation), zərurət yarandıqda müvəqqəti imtiyazlı girişin təmin edilməsi (just-in-time access), minimum səlahiyyət prinsipi (least privilege) və girişlərin auditinin aparılması;
  • Veb tətbiqlərinin təhlükəsizliyinin təmin edilməsi, veb təhlükəsizlik avadanlıqlarının və həllərinin (WAF və s.) konfiqurasiyası, eləcə də OWASP Top 10 çərçivəsində müəyyən edilən təhlükəsizlik risklərinə qarşı müdafiə mexanizmlərinin tətbiqi üzrə təcrübə;
  • SIEM sistemlərinin (Splunk, IBM QRadar, CrowdStrike və s.) quraşdırılması, konfiqurasiyası, loq mənbələrinin inteqrasiyası və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə praktiki təcrübə;
  • Wireshark, tcpdump və digər şəbəkə analiz alətlərindən istifadə etməklə təhlükəsizlik insidentlərinin təhlili, araşdırılması və səbəblərinin müəyyənləşdirilməsi üzrə bacarıqlar;
  • Şəbəkə təhlükəsizliyi, sistemlərin qorunması və informasiya təhlükəsizliyi həllərinin layihələndirilməsi, konfiqurasiyası və tətbiqi üzrə zəngin praktiki təcrübə.


İş qrafiki: Həftənin 5 günü (08:00-17:00, 09:00-18:00)

Vakansiya haqqında

Son tarix

November 18, 2026

Paylaşılıb

oktyabr 19, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Digər