
Bu gün
21
Biznesin İnkişafı üzrə Menecer
-Vəzifə haqqında
Şirkətimizin davamlı inkişaf strategiyasını dəstəkləyəcək, yeni biznes imkanlarını müəyyənləşdirəcək, strateji tərəfdaşlıqlar quracaq və korporativ inkişafımıza töhfə verəcək Biznesin İnkişafı üzrə Menecer axtarırıq.
Bu vəzifədə siz şirkəti xarici tərəfdaşlar qarşısında peşəkar şəkildə təmsil edəcək, strateji əməkdaşlıqların yaradılması və idarə olunmasına rəhbərlik edəcək, həmçinin müxtəlif şöbələrlə sıx əməkdaşlıq edərək şirkətin uzunmüddətli inkişaf məqsədlərinin reallaşdırılmasına dəstək olacaqsınız.
Əgər strateji düşünmə bacarığınız, güclü ünsiyyət və danışıqlar aparmaq təcrübəniz varsa, yeni biznes imkanlarının yaradılmasına maraq göstərirsinizsə və nəticəyönümlü işləməyi sevirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
-Əsas vəzifə öhdəlikləri
-Şirkətin inkişaf strategiyasına uyğun olaraq yeni biznes imkanlarını müəyyənləşdirmək və strateji əməkdaşlıqlar qurmaq;
-Müəssisələr, dövlət qurumları və digər tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmaq və idarə etmək;
-Kommersiya danışıqları aparmaq, əməkdaşlıq müqavilələri, kommersiya təklifləri və digər biznes sənədlərini hazırlamaq;
-Şirkəti görüşlərdə, konfranslarda, sərgilərdə, biznes forumlarında və digər peşəkar tədbirlərdə təmsil etmək;
-Zərurət yarandıqda şirkətin rəsmi nümayəndəsi qismində tərəfdaşlar, media və digər maraqlı tərəflərlə kommunikasiyanı həyata keçirmək;
-Şirkətin məhsul və xidmətləri haqqında tərəfdaşlara və müştərilərə dolğun və peşəkar məlumat təqdim etmək;
-Bazarı, rəqibləri, sektor tendensiyalarını və müştəri tələbatını təhlil edərək yeni inkişaf istiqamətlərini müəyyənləşdirmək;
-Biznes inkişafı layihələrinin planlaşdırılması, icrası və monitorinqi zamanı aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək;
-Mövcud tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək və yeni strateji tərəfdaşlıqlar formalaşdırmaq;
-Şirkətin korporativ nüfuzunun və brend dəyərinin qorunmasına və gücləndirilməsinə töhfə vermək.
-Tələblər
-Biznesin idarə edilməsi, Marketinq, İctimaiyyətlə Əlaqələr, Kommunikasiya və ya digər uyğun sahə üzrə ali təhsil;
-Biznesin inkişafı, strateji tərəfdaşlıqlar, korporativ kommunikasiya və ya oxşar sahədə iş təcrübəsi;
-Güclü ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münasibətlərin idarə olunması bacarığı;
-Kommersiya düşüncəsi və biznes imkanlarını müəyyənləşdirərək uğurlu layihələrə çevirmək bacarığı;
-Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
-Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma;
-Dinamik iş mühitində eyni vaxtda bir neçə prosesi effektiv idarə etmək bacarığı;
-Komanda ilə əməkdaşlıq və maraqlı tərəflərlə effektiv münasibətlər qurmaq bacarığı;
-Rus və İngilis dillərini yüksək səviyyədə bilmək. Digər xarici dil bilikləri üstünlük hesab olunur.
-Şəxsi keyfiyyətlər
-Strateji və analitik düşüncə;
-Yüksək ünsiyyət və təqdimat bacarığı;
-Güclü danışıqlar aparmaq və inandırmaq bacarığı;
-Nəticəyönümlülük və təşəbbüskarlıq;
-Liderlik və məsuliyyət hissi;
-Dəyişikliklərə çevik uyğunlaşmaq bacarığı;
-Peşəkar etika və komanda ilə işləmək bacarığı.
-Əlavə qeydlər
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
İş günləri və saatı: 09:00-18:00 (Həftəiçi 5 gün)
Maaş: 2000-3000 azn
Yaş aralığı: 26-34 yaş
Son tarix
July 28, 2026
Paylaşılıb
iyul 22, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Rəhbər
Təhsil
Bakalavr
Əmək haqqı
2000 - 3000 AZN
Zeytun Pharmaceuticals MMC ● Bakı, Azərbaycan
02-07-2026
1K

Prime Cotton ● Sabirabad, Azərbaycan
30-06-2026
921

İrşad ● Şərur, Azərbaycan
17-07-2026
279

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ● Bakı, Azərbaycan
Bu gün
6

Qalan AZ ● Bakı, Azərbaycan
Bu gün
5