Şirkətə daxil olan tikinti materialları, mağaza avadanlıqları, soyuducu sistemlər, metal konstruksiyalar, mebel, POS avadanlıqları, reklam materialları və digər qeyri-ticari malların qəbul zamanı keyfiyyətə uyğunluğunu yoxlamaq;
Malların satınalma sifarişləri, müqavilələr, texniki spesifikasiyalar, layihə sənədləri və təsdiq edilmiş standartlara uyğunluğunu qiymətləndirmək;
Məhsulların ölçülərini, texniki göstəricilərini, komplektliyini, funksionallığını, markalanmasını və fiziki vəziyyətini yoxlamaq;
Təchizatçılar tərəfindən təqdim olunan məhsulların keyfiyyət sertifikatlarını, uyğunluq sənədlərini, zəmanət sənədlərini və texniki pasportlarını yoxlamaq;
Aşkar edilmiş qüsurlar, zədələr və texniki uyğunsuzluqlar üzrə uyğunsuzluq aktları hazırlamaq, sübut bazasını (foto, video və s.) formalaşdırmaq və aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə həllini təmin etmək;
Təchizatçıların keyfiyyət göstəricilərini izləmək, təkrarlanan uyğunsuzluqları analiz etmək və performansın yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
Tikinti materialları və avadanlıqlar üzrə qəbul proseslərinin daxili prosedurlara və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
Aylıq keyfiyyət göstəricilərini təhlil etmək, rəhbərlik üçün analitik hesabatlar hazırlamaq və proseslərin optimallaşdırılması üzrə təşəbbüslərlə çıxış etmək;
Tələblər
Ali təhsil (İnşaat mühəndisliyi, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Keyfiyyətin idarə olunması, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
Tikinti materialları, avadanlıqların qəbulu, texniki nəzarət və ya keyfiyyətə nəzarət sahəsində minimum 1 il iş təcrübəsi;
Tikinti materiallarının, mağaza avadanlıqlarının və texniki məhsulların xüsusiyyətləri barədə biliklər;;
ISO 9001 və keyfiyyət idarəetmə sistemləri üzrə biliklər üstünlük hesab olunur;
ERP sistemləri (SAP, Logo, Oracle, 1C və ya digər) ilə işləmək təcrübəsi;
MS Excel proqramını yaxşı səviyyədə bilmək (üstünlük);
Analitik düşünmə, detallara diqqət və qərarvermə bacarığı;
Güclü ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı;