OBA Market MMC
Ana səhifə
/
/
/
Market şəbəkələrində Keyfiyyətə Nəzarət üzrə mütəxəssis( Salyan)

Market şəbəkələrində Keyfiyyətə Nəzarət üzrə mütəxəssis( Salyan)

Bu gün

14

Təsvir

  • Marketlərdə Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələblərinin tətbiqinə nəzarət etmək
  • Qida təhlükəsizliyinin minimal tələbləri ilə bağlı personalın təlimləndirilməsini təmin etmək
  • Marketlərdə plana uyğun yoxlamaların həyata keçirilməsini təmin etmək və nəticələrə əsasən hesabatlar hazırlamaq
  • Uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işlərin təşkilini və icrasını izləmək
  • Personal tərəfindən gigiyenik tələblərə riayət olunmasına nəzarət etmək
  • Marketlərdə məhsulların istifadə müddətlərinə və yararlılığına nəzarət etmək, müddəti bitmiş və yararsız məhsulların aktlaşdırılaraq rəfdən çıxarılmasını təmin etmək, həftəlik və aylıq hesabatlar təqdim etmək
  • Məhsulların marketlərdə düzgün saxlanılmasına nəzarət etmək
  • Marketlərdə mal qonşuluğu prinsipinə riayət olunmasına nəzarət etmək
  • Tədarükçü müəssisələrdə məhsulların istehsalı, saxlanılması və qablaşdırılması proseslərinin qida təhlükəsizliyi tələblərinə uyğunluğunu və gigiyenik qaydalara riayət olunmasını yoxlamaq
  • Tədarükçülərin hazır məhsul daşıyan nəqliyyat vasitələrinin sanitar vəziyyətini və daşınma tələblərinə uyğunluğunu yoxlamaq
  • Tədarükçülərin istehsal sahələrinin sanitar-gigiyenik normalara uyğunluğunu yoxlamaq
  • Tədarükçülər üzrə audit planlarının razılaşdırılmasını təmin etmək və aidiyyəti şəxslərə hesabatlar təqdim etmək
  • Standartların tələblərindən irəli gələn digər nəzarət mexanizmlərinin və təlimatların hazırlanmasını təmin etmək
  • İş fəaliyyəti ilə bağlı birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək


Tələblər

  • Ali təhsil (Qida mühəndisliyi, Qida təhlükəsizliyi, Biologiya, Kimya və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilmək)
  • Qida təhlükəsizliyi, keyfiyyətə nəzarət və ya audit sahəsində minimum 1-3 il iş təcrübəsinə malik olmaq
  • Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri (HACCP, ISO 22000 və s.) üzrə biliklərə sahib olmaq
  • Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqlarına sahib olmaq
  • Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığına malik olmaq
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq
  • Avtomobilin olması mütləqdi

Vakansiya haqqında

Son tarix

June 7, 2026

Paylaşılıb

may 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər