
Bu gün
34
• Xarici təchizatçılardan məhsulların idxal prosesini tam şəkildə idarə etmək və mağaza şəbəkəsinin tələbatına uyğun olaraq sifariş planlamasını həyata keçirmək.
• Gömrük brokeri və logistika tərəfdaşları ilə koordinasiya edərək məhsulların vaxtında və problemsiz şəkildə ölkəyə gətirilməsini təmin etmək.
• Xarici təchizatçılarla qiymət, çatdırılma müddəti və öhdəliklər üzrə danışıqlar aparmaq.
• İdxal sənədlərini (Invoice, Packing List, CMR/BL, sertifikatlar) düzgünlüyünə görə yoxlamaq və prosesi nəzarətdə saxlamaq.
• Anbar stoklarını gündəlik monitorinq etmək, satış sürətinə uyğun stok optimizasiyasını həyata keçirmək və kritik SKU-ları vaxtında yeniləmək.
• Məhsulların son istifadə tarixlərini izləmək, riski olan SKU-lar üzrə satış və kateqoriya komandaları ilə birlikdə endirim kampaniyaları və sürətli satış tədbirlərini planlaşdırmaq.
• Mağazalarda çeşid mövcudluğunu (availability) təmin etmək üçün stok idarəetmə və satış departamentləri ilə sıx əməkdaşlıq etmək.
• İdxal olunan bütün məhsulların keyfiyyət, sertifikat tələblərinə uyğunluğunu təmin etmək.
• Logistika gecikmələri, sənəd uyğunsuzluğu və çatışmazlıqlar kimi əməliyyat problemlərini operativ şəkildə həll etmək.
Təhsil: Ali
Təcrübə: Satınalma, logistika sahəsində minimum 2 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (minimum B2 səviyyəsində)
Kompüter bilikləri: MS Office (Excel –orta səviyyədə)
FMCG və ya retail sahəsində təcrübə üstünlükdür.
Tədarükçülərlə yazışma və danışıqlar aparmaq bacarığı.
Son tarix
April 16, 2026
Paylaşılıb
mart 17, 2026
Vakansiya növü
Tam ştat