OBA Market MMC
Ana səhifə
/
/
/
Təmir tikintiyə nəzarət üzrə aparıcı mühəndis

Təmir tikintiyə nəzarət üzrə aparıcı mühəndis

  • OBA Market MMC
  • 15 8 Noyabr Prospekti, Bakı 1025, Azərbaycan
  • Tam ştat

Bu gün

21

Təsvir

  • Təmir-tikinti işlərinin gedişatına nəzarət etmək məqsədilə tikinti sahələrinə mütəmadi səfərlər həyata keçirmək, görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq və nəticələr üzrə yazılı rəy hazırlamaq.
  • Smeta sənədləri ilə Forma 2 hesabatlarını müqayisə etmək, görülmüş işlərin həcmini və dəyərini yoxlamaq, aşkar edilmiş fərqləri təhlil etmək.
  • İcra olunmuş təmir-tikinti işlərini yerində yoxlamaq və inşaat mühəndislərindən təhvil almaq, müəyyən edilmiş uyğunsuzluqlar üzrə qüsur aktlarını tərtib etmək.
  • Təmir-tikinti işləri zamanı aşkar edilən texniki uyğunsuzluqlar və çatışmazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, onların aradan qaldırılması prosesini izləmək.
  • Təmir-tikinti proseslərinin gedişatı, görülmüş işlərin nəticələri və aşkar edilmiş uyğunsuzluqlar üzrə mütəmadi hesabatlar hazırlamaq və Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisə təqdim etmək.
  • Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisin tapşırıqlarını müəyyən edilmiş müddətlərdə və müvafiq texniki tələblərə uyğun şəkildə yerinə yetirmək.

Tələblər

  • İnşaat mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
  • Təmir-tikinti işləri və tikinti proseslərinə nəzarət sahəsində iş təcrübəsi;
  • Smeta sənədləri və Forma 2 hesabatları ilə işləmək bacarığı;
  • Tikinti norma və qaydaları, texniki standartlar və layihə sənədləri üzrə biliklər;
  • Görülmüş işlərin həcmini və keyfiyyətini qiymətləndirmək, texniki uyğunsuzluqları müəyyən etmək bacarığı;
  • Microsoft Excel və digər ofis proqramları ilə işləmək bacarığı;
  • Texniki sənədlərin hazırlanması, hesabatların tərtib edilməsi və yazılı rəy verilməsi bacarığı;
  • Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma;
  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı;
  • Tikinti sahələrinə mütəmadi səfərlər etmək imkanı.

Vakansiya haqqında

Son tarix

November 18, 2026

Paylaşılıb

oktyabr 19, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Tikinti və Daşınmaz əmlak

İmtiyazlar

  • Nahar təminatı
  • Yanacaq və Amortizasiya xərcləri