OBA Market MMC

Texniki işçi

Bu gün

24

Təsvir

  • Müəssisənin texniki avadanlıqlarına, su təchizatı, kanalizasiya və digər mühəndis-kommunikasiya sistemlərinə mütəmadi texniki baxış keçirmək.
  • Avadanlıq və sistemlərdə yaranan nasazlıqları müəyyən etmək, onların səbəblərini araşdırmaq və aradan qaldırmaq.
  • Planlı profilaktik texniki xidmət və təmir işlərini həyata keçirmək.
  • Su boruları, kranlar, ventil, nasoslar və digər texniki qurğuların quraşdırılması, təmiri və dəyişdirilməsini təmin etmək.
  • Mexaniki avadanlıqların və mühəndis-kommunikasiya sistemlərinin düzgün istismarına nəzarət etmək.
  • Texniki nasazlıqlar və qəza halları zamanı operativ müdaxilə etmək, zəruri hallarda aidiyyəti üzrə məlumat vermək.
  • Təmir və texniki xidmət işləri zamanı tələb olunan alət və materiallardan təyinatına uyğun istifadə etmək.
  • Görülmüş texniki xidmət və təmir işləri barədə müvafiq qeydlər aparmaq və hesabatlılığı təmin etmək.
  • İş zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət etmək.
  • Texniki avadanlıqların və iş alətlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək.
  • Müəssisənin fasiləsiz fəaliyyətinə mane ola biləcək texniki problemlərin qarşısının alınması üçün müvafiq tədbirlər görmək.
  • Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Mexanik, mühəndislik və ya santexnika sahəsində orta ixtisas və ya ali təhsil.
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
  • Texniki avadanlıqların quraşdırılması, istismarı və təmiri üzrə biliklər.
  • Su təchizatı, kanalizasiya və digər mühəndis-kommunikasiya sistemləri ilə işləmək bacarığı.
  • Nasazlıqların operativ aşkar edilməsi və aradan qaldırılması üzrə praktiki bacarıqlar.
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək.
  • Profilaktik baxış və texniki servis işlərini həyata keçirmək bacarığı.
  • Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı.
  • İşlərin vaxtında və keyfiyyətli icrasına diqqətli yanaşma.
  • Fövqəladə hallarda çevik qərarvermə və problem həll etmə bacarığı.

Vakansiya haqqında

Son tarix

November 15, 2026

Paylaşılıb

oktyabr 20, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

İaşə, Turizm və Otel