BioHerbal Baku MMC
Ana səhifə
/
/
/
Aptek Satış Nümayəndəsi ( Bakı-OTC)

Aptek Satış Nümayəndəsi ( Bakı-OTC)

Bu gün

8

Təsvir

Vəzifənin məqsədi

Aptek Satış Nümayəndəsi məhsulların apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır.



İş öhdəlikləri

  • Məsul olduğu bölgədə apteklərlə planlı və müntəzəm ziyarətlərin həyata keçirilməsi
  • Apteklərdən sifarişlərin toplanması, satış hədəflərinin icrası, gündəlik
  • ziyarət və satış fəaliyyətlərinin sistemə daxil edilməsi
  • Yeni apteklərin portfelə daxil edilməsi və mövcud apteklərlə davamlı əməkdaşlığın qurulması
  • Məhsulların apteklərdə düzgün rəf görünürlüyü və mövcudluğunun təmin edilməsi
  • Kampaniya, promosyon və satış təşviqi fəaliyyətlərinin apteklərdə tətbiqi
  • Aptek stoklarının izlənməsi və çatışmazlıqların vaxtında bildirilməsi
  • Rəqib məhsulların qiymət və kampaniya aktivliklərinin izlənməsi və hesabatlanması
  • Medikal və satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək


Tələblər

Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir.

              Minimum 2 il  OTC sahəsində təcrübə

Digər tələblər:

Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı

Səyyar iş rejiminə uyğunluq

Satış sahəsində yüksək, peşəkar bacarıq

Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür

Yaş aralığı: 25 - 40

İş rejimi: 09:00-18:00 I-V gün (sahə işi)

Təklif etdiklərimiz

  • 700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
  • Premya sistemi
  • Yemək kartı
  • Benzin kartı
  • Davamlı təlim və inkişaf imkanları
  • Güclü beynəlxalq brendlər və peşəkar komanda ilə işləmək imkanı


Müraciət qaydası:  mövzü hissəsində vakansiya adını qeyd edərək [email protected] elektron email ünvanına göndərin.

Vakansiya haqqında

Son tarix

October 8, 2026

Paylaşılıb

sentyabr 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər