Komandamıza kreativ düşüncəli, yeniliklərə açıq, təşəbbüskar və sosial media sahəsində təcrübəli Sosial Media Meneceri axtarırıq.
Bu vakansiya əsasən qida əlavələri, vitaminlər və gözəllik məhsulları sahəsində sosial media hesablarını idarə etmək və inkişaf etdirmək istəyən şəxslər üçündür.
Vəzifə öhdəlikləri
* Təsdiqlənmiş post plana əsasən qrafik, motion və videolar üçün brieflərin hazırlanması və müvafiq komanda üzvlərinə tam olaraq ötürülməsi;
* Hazırlanan brieflərin müəyyən edilmiş deadline-lara uyğun düzgün icra olunmasına nəzarət;
* Hazırlanan kontentlərin post plana və brieflərə uyğunluğunun yoxlanılması;
* Instagram, Facebook və TikTok platformalarında daxil olan mesaj və şərhlərə operativ cavab verilməsi — maksimum 30 dəqiqə ərzində;
* Ofis, klinika, aptek və digər lokasiyalarda foto və video çəkilişlərin təşkili və icrasının koordinasiyası;
* Müxtəlif çəkilişlərdə aktiv iştirak;
* Sosial media üçün mütəmadi olaraq yeni və kreativ kontent ideyalarının araşdırmaq və təklif etmək;
* Sosial media trendlərini izləmək və aktual trendləri brend kommunikasiyasına uyğun şəkildə tətbiq etmək;
* Komanda daxilində dizaynerlər, videoqraf və digər aidiyyəti şəxslərlə effektiv kommunikasiya qurmaq;
* Kontent hazırlanması və paylaşım prosesinin planlı və koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək.
Namizədə tələblər
* Sosial Media Meneceri vəzifəsində minimum 1–2 il iş təcrübəsi;
* Instagram, Facebook və TikTok platformalarının iş prinsipləri və kontent xüsusiyyətləri haqqında məlumatlı olmaq;
* Kreativ və çevik düşüncə qabiliyyəti;
* Yeniliklərə və yeni yanaşmalara açıq olmaq;
* Yeni ideyalarla çıxış etmək və təşəbbüs göstərmək;
* Planlama və deadline-larla işləmə bacarığı;
* Detallara diqqətli və məsuliyyətli yanaşma;
* Komanda ilə işləmək və düzgün kommunikasiya qurmaq bacarığı;
* Çəkiliş proseslərinin təşkili və icrasında iştirak etmək;
* Kontent hazırlanması proseslərinə maraq və aktiv yanaşma;
* Dinamik iş mühitində operativ qərar vermək və həll-yönümlü olmaq.
* Medical background olması üstünlükdür.
Nə vəd edirik?
* Kreativ ideyalarınızı reallaşdıra biləcəyiniz və təşəbbüslərinizin dəyərləndirildiyi iş mühiti;
* Sosial media sahəsində peşəkar inkişaf və yeni bacarıqlar qazanmaq imkanı;
* Qida əlavələri, vitaminlər və gözəllik məhsulları sahəsi üzrə inkişaf;
* Müxtəlif layihələrdə və tədbirlərdə aktiv iştirak;
* Öyrənməyə, inkişaf etməyə və sosial media sahəsində daha da irəliləməyə dəstək.
* Əmək haqqı razılaşma əsasında təyin olunacaq
* İş qrafiki: B.e-Cümə 09:00-18:00
Biz kimi axtarırıq?
Biz yalnız verilən tapşırıqları icra edən deyil, düşünən, təşəbbüs göstərən, ideya irəli sürən və nəticəyə fokuslanan Sosial Media Meneceri axtarırıq.
Əgər siz:
* sosial medianı sadəcə iş deyil, yaradıcılıq və inkişaf platforması kimi görürsünüzsə;
* daim yeni ideyalar düşünür və onları reallaşdırmaqdan zövq alırsınızsa;
* trendləri izləyir, araşdırma aparır və nəticələri analiz etməyi sevirsinizsə;
* kontent çəkilişlərinin planlanması və prosesində aktiv iştirak etməyə hazırsınızsa;
* qida əlavələri, vitaminlər və gözəllik məhsulları sahəsinə maraq göstərirsinizsə;
* öz fikrinizi bölüşməkdən, yeni yanaşmaları sınamaqdan və komandaya real dəyər qatmaqdan çəkinmirsinizsə,
Sizi komandamızda görməkdən məmnun olarıq.
Son tarix
October 11, 2026
Paylaşılıb
sentyabr 11, 2026
Vakansiya növü
Tam ştat