İş yeri: Bakı şəhəri, ezam zamanı açıq hava və sahə şəraitində iş (Azərbaycanın müxtəlif bölgələri)
Nahar və qonaqlama şirkət tərəfindən təmin edilir.
İşin Təsviri:
Layihə Mühəndisi şirkət daxilində həyata keçirilən layihələrin bütün mərhələlərində iştirak edərək onların vaxtında, təhlükəsiz və texniki tələblərə uyğun şəkildə icrasını təmin edəcək. Vəzifə sahədə avadanlıqların quraşdırılması, test edilməsi, monitorinqi və layihə sənədləşdirilməsinin təşkili kimi prosesləri əhatə edir.
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkət daxilində həyata keçirilən layihələr üzrə sahə işlərində aktiv iştirak etmək;
- Görülən işlərin texniki tələblərə, layihə sənədlərinə və iş proqramına uyğunluğunu nəzarətdə saxlamaq;
- Sahə işləri zamanı meydana çıxan problemləri vaxtında müəyyənləşdirmək və rəhbərliyə bildirmək;
- Avadanlıqların montaj və quraşdırma proseslərinə sahədə nəzarət etmək;
- Əlaqəli struktur bölmə və qurumlar üçün tələb olunan sənədlərin hazırlanması və koordinasiyasını təmin etmək;
- Quraşdırılmış avadanlıqların monitorinqində iştirak etmək və onların sistem performansını ölçmək;
- Texniki bölmələrlə əməkdaşlıq edərək layihələrin vaxtında və düzgün təhvil verilməsini təmin etmək;
- Sahədə tətbiq olunan iş proseslərinin prosedurlarının hazırlanmasında iştirak etmək;
- Layihə sənədləşdirilməsi və təqdimatların hazırlanmasında iştirak etmək;
- Avadanlıqların konfiqurasiya proseslərində iştirak etmək;
- Bütün işləri Əməyin Təhlükəsizliyi və Gigiyena qaydalarına uyğun şəkildə yerinə yetirmək
- Fərdi mühafizə vasitələrindən düzgün və davamlı istifadə etmək
- Şirkətə məxsus avadanlıqların qorunmasına və texniki xidmətinə nəzarət etmək
- Fərqli lokasiyalarda tapşırıqları yerinə yetirməyə hazır olmaq.