PASHA Life
Ana səhifə
/
/
/
Mühasibatlıq üzrə təcrübəçi

Mühasibatlıq üzrə təcrübəçi

Bu gün

777

Təsvir

  • Müxtəlif sığorta növləri üzrə sığorta haqlarının mühasibatlıq sistemində düzgün əks olunmasını təmin etmək;
  • Müxtəlif şöbələr, banklar və digər şirkətlər tərəfindən gələn sorğuları araşdırmaq və cavablandırmaq;
  • Banklarda olan cari, depozit, kart hesablarının çıxarışlarını toplamaq və məlumatları mühasibatlıq proqramına daxil etmək;
  • Aylıq və illik bağlanış proseslərində iştirak etmək, mühasibatlıq uçotlarında uyğunlaşmanı təmin etmək;
  • Əsassız ödənişlər və debitorların siyahısının düzgünlüyünü nəzarətdə saxlamaq;
  • Daxili və xarici auditlər zamanı tələb olunan sənədləri və izahatları təqdim etmək;
  • Mühasibatlıq şöbəsi daxilində həyata keçirilən layihələrdə əməkdaşlıq etmək və tapşırıqları yerinə yetirmək;
  • Elektron qaimələrin göndərilməsini, sonrakı düzəlişləri və ləğv olunmasını qanunvericilikdə nəzərdə tutulmuş müddətdə icrasını təmin etmək;
  • Ezamiyyət ilə bağlı avans hesabatının hazırlanmasını və alt sənədlərinin əldə olunmasını təmin etmək;
  • Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində təkliflər vermək və prosesləri müşahidə etmək.

Tələblər

İş təcrübəsi: Tələb olunmur;

Təhsil: Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə bakalavr dərəcəsi;

Kompüter bilikləri: MS Excel yüksək səviyyədə bilmək;

Üstünlükər: ACCA sertifikatının olması.


*Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya haqqında

Son tarix

December 26, 2026

Paylaşılıb

noyabr 26, 2026

Vakansiya növü

Təcrübə

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə