- İnformasiya təhlükəsizliyi sahəsində 1–2 il iş təcrübəsi;
- Təhlükəsizlik həllərinin (WAF, NGFW, IPS/IDS, EDR/XDR, DLP, PAM, SIEM, MDM, e-poçt təhlükəsizliyi və s.) quraşdırılması, sazlanması və istismarı üzrə nəzəri və praktiki biliklər;
- WAF həllərinin idarə edilməsi, imza və qaydaların tənzimlənməsi üzrə praktiki biliklər;
- Firewall və NGFW qaydalarının idarə edilməsi, şəbəkə seqmentasiyası və VPN həlləri üzrə biliklər;
- Şəbəkə protokolları (TCP/IP, DNS, HTTP/S, TLS/SSL, SMTP) və şəbəkə arxitekturası üzrə biliklər;
- Endpoint təhlükəsizliyi, MDM və sistemlərin sərtləşdirilməsi üzrə praktiki biliklər;
- DLP və PAM həllərinin iş prinsipləri və idarə edilməsi üzrə biliklər;
- Windows Server və Linux əməliyyat sistemlərinin təhlükəsiz administrasiyası üzrə biliklər;
- Active Directory, Entra ID (Azure AD), LDAP, MFA, SSO və IAM prinsipləri üzrə biliklər;
- Zəifliklərin aşkarlanması və idarə edilməsi alətləri ilə işləmək bacarığı;
- SSL/TLS sertifikatlarının və açıq açar infrastrukturunun (PKI) idarə edilməsi üzrə biliklər;
- ISO/IEC 27001, NIST CSF və CIS Benchmarks üzrə biliklər;
- Azərbaycan Respublikası Mərkəzi Bankının informasiya təhlükəsizliyi üzrə tələbləri və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə biliklər;
- PowerShell, Python və ya Bash vasitəsilə proseslərin avtomatlaşdırılması bacarığı;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə (texniki terminologiya daxil olmaqla) bilmək;
- Texniki sənədləşdirmə və hesabat hazırlamaq bacarığı.
Üstünlük verilən bilik və təcrübələr
- İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil;
- CompTIA Security+, CCNA/CCNP Security, CEH və ya sahə üzrə digər peşəkar sertifikatlar;
- Maliyyə və ya sığorta sektorunda iş təcrübəsi;
- Bulud təhlükəsizliyi və Microsoft 365 təhlükəsizlik həlləri üzrə biliklər;
- DLP, PAM və digər təhlükəsizlik həllərinin sıfırdan tətbiqi və ya miqrasiyası layihələrində iştirak təcrübəsi;
- Load balancer, reverse proxy və API Gateway həlləri ilə iş təcrübəsi;
- DevSecOps prinsipləri və CI/CD proseslərində təhlükəsizlik üzrə biliklər.
Şəxsi keyfiyyətlər
- Analitik və sistemli düşüncə;
- Diqqətlilik və məsuliyyətlilik;
- Problemləri operativ həll etmək bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Öyrənməyə həvəs və təşəbbüskarlıq;
- Mürəkkəb texniki mövzuları sadə və anlaşıqlı dildə izah etmək bacarığı;
- Müstəqil işləmək və tapşırıqları prioritetləşdirmək bacarığı.
Hörmətli PAŞA Qrup əməkdaşı,
Qrupdaxili vakansiyalara müraciət prosesi Mobility platforması üzərindən həyata keçirilir. Mobility platformasının çalışdığınız şirkətdə mövcud olmadığı və ya platformadan istifadə imkanının sizin üçün əlçatan olmadığı hallarda müraciətinizi [email protected] vasitəsilə təqdim edə bilərsiniz.
İnanırıq ki, hər yeni imkan peşəkar inkişaf yolunda yeni bir addımdır.