PASHA Bank
Ana səhifə
/
/
/
Biznes İnnovasiyaları üzrə Məhsul Sahibi

Biznes İnnovasiyaları üzrə Məhsul Sahibi

Dünən

236

Təsvir

  • Xüsusi məhsullar üçün məhsulun backlog-nu yaratmaq və prioritetləşdirmək;
  • Məhsul və biznes metriklərinin monitorinqi və bununla Bankın KPI-larına uyğun nəticələrə nail olmaq;
  • Məhsulun yol xəritəsi və vizyonunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırmaq;
  • Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçirilməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq;
  • Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq;
  • Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək;
  • Digər Məhsul Sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmək və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.

Tələblər

  • İş təcrübəsi (il və/və ya sahə olaraq): 3 (üç) ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT);
  • Texniki səriştələr: Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də ciddi bank işi anlayışına, eləcə də ekspertin anlayışına malik olmaq. Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.) Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
  • Yumşaq səriştələr: Komandada işləmə bacarığı, Problemləri həll etmə bacarığı, Konfliktlərin idarəedilməsi;
  • Dil bilikləri: İngilis dili (min. Intermediate).

Vakansiya haqqında

Son tarix

October 18, 2025

Paylaşılıb

sentyabr 8, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə