PASHA Bank
Ana səhifə
/
/
/
Daxili Audit üzrə Menecer

Daxili Audit üzrə Menecer

  • PASHA Bank
  • 99 Mərkəzi bulvar küçəsi, Bakı, Azerbaijan
  • Tam ştat

Bu gün

12

Təsvir

  • Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
  • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini həyata keçirmək;
  • Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
  • Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
  • Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.


Tələblər

  • Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
  • Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Idarəetmə və liderlik bacarığı;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Dil: Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.


Vakansiya haqqında

Son tarix

August 7, 2026

Paylaşılıb

iyul 31, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə