Rəqəmsal məhsulların yaradılması üzrə front-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq.
Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər və back end proqramçılar ilə çalışmaq, hər iki tərəfin işində aktiv iştirak etmək və proqramın necə işlədiyi və görsəndiyini müəyyən etmək
UX/UI tələblərinə uyğun olaraq istifadəyə rahat, böyüyə bilən, səhvə davamlı proqramlar yaratmaq
CI/CD prosesində yaxından iştirak etmək, optimallaşdırma üzrə təkliflər irəli sürmək
Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək
İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq
Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək
Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək
Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək
Biznes tapşırıqları ilə yanaşı ümumi front end tapşırıqlarının icrasına dərin tövhə qatmaq (QA, Tech debt və Activity)
Kiçik mütəxəssis 1 və 2 pozisiyasında olan həmkarlara birbaşa mentorluq etmək, onların kodunu nəzərdən keçirmək və bütün yönlərdə dəstək olmaq
Tələblər
Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 3 il təcrübə
Xarici dillər: İngilis(yaxşı)
Komputer bilikləri: HTML, CSS, Javascript üzrə mükəmməl biliklər. React üstünlük olmaqla hər hansı front-end library / framework biliyi, Typescript üzrə mükəmməl biliyin olması. İstifadəçi təcrübəsi (user experience) və dizayn, prinsip və standartları haqqında biliklər. Verilənlərin strukturu və alqoritm biliyi. Maksimal əhatəli unit və inteqrasiya testlərini tərtib etmək. CI/CD təcrübəsi olması. Kodlaşdırma standartları və təcrübələrini dərindən bilmək.Mikro front-end arxitekturası üzrə yaxşı biliklər. Bu sahədə yaranan problemlərin operativ həll yolunun tapılması. Testlər üzrə biliklər. (unit, integration, e2e)
Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi biliyi (git)
Başqa tələblər: Yaxşı idarəçilik, ünsiyyət və hesabat biliyi.
Üstünlük verilir: Bankçılıq təcrübəsi. Kodun yenidən işlənməsi, dizayn yönümlü kodlaşdırma, domain yönümlü dizayn (DDD), proqram təhlükəsizliyi. Cüt proqramlaşdırma, testlər üzrə bilik.