PASHA Bank
Ana səhifə
/
/
/
Gəncə filialının Rəhbəri

Gəncə filialının Rəhbəri

Bu gün

3

Təsvir

  • Müştərinin biznesi və fəaliyyət göstərdiyi sənaye / ticarət sahəsində son inkişafı anlayaraq biznes ehtiyaclarının və müvafiq satış imkanlarının müəyyən edilməsi, mövcud və potensial müştəri əlaqələrin inkişaf etdirilməsini
  • Filialın Baş Müştəri Meneceri kimi fəaliyyətin göstərilməsi
  • Müvafiq limitlər çərçivəsində filialın satışları və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) görə məsuliyyət daşıması.
  • Filialda fəaliyyət göstərən əməliyyat bölmələrinin Baş Ofis (BO) tərəfindən hazırlanmış metodologiyalara ciddi riayət etməsinin monitorinqi
  • BO tərəfindən hazırlanmış siyasət, qaydalar, prosedurlar və standartlara uyğun olaraq filial işçilərinin fəaliyyətinin effektivliyinin təkmilləşdirilməsi üçün imkanlar axtarışı
  • Bankın xidmət standartlarına riayət edilməsi
  • Ehtiyac yarandığı təqdirdə bankın məhsul və ya xidmətləri üzrə müştərilərə məsləhət verilməsi
  • Müştərilər ilə görüşlərin, müzakirələrin və ya yazışmaların aparılması zamanı düzgün qeydiyyatın təmin edilməsi
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və əsaslı müştəri şikayətləri üzrə çevik və müvafiq tədbirlərin vaxtında görülməsi.
  • Filial işçilərin işə qəbul edilməsi
  • İmza səlahiyyətində olan sənədlərin yoxlanılması və imzalanması, ABS-də limitlər çərçivəsində əməliyyatların, dəyişikliklərin təsdiqlənməsi.
  • ASAN İmza ilə işləmək (Elektron Gömrük Bəyannaməsi haqqında məlumatın əldə edilməsi və ya əlavə edilməsi, səlahiyyətləri çərçivəsində sənədlərin imzalanması).
  • Filialların koordinasiyası funksiyası, habelə bankın digər struktur bölmələri ilə əməkdaşlığın təmin edilməsi.
  • Daxili və xarici audit, digər tənzimləyici orqanlar tərəfindən qaldırılmış tələb və sorğuların vaxtında həyata keçirilməsi.
  • Bütün fəaliyyət və əməliyyatların bankın komplayns qaydalarına uyğunluğunun təmin edilməsi.
  • Filialın görünüşünün Bankın nüfuzuna müsbət təsirinin təmin edilməsi.
  • Lazım olduqda BO-dan müvafiq təlimat alaraq öz fəaliyyəti çərçivəsində, müqavilələr, günün sənədləri, göndərilən məktubların və s. sənədlərin yoxlanılması və imzalanması.
  • Tabeçiliyində olan işçilərin davamlı olaraq koçinqi və inkişaf etdirilməsi, illik və yarım-illik qiymətləndirilmənin həyata keçirilməsi.

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: Təhsil səviyyəsi və istiqaməti;
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): 6+ il;
  • Texniki səriştələr: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
  • Yumşaq səriştələr: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
  • Dil bilikləri: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə);
  • Kompüter biliklər: Microsoft Office (Excel, Word).

Vakansiya haqqında

Son tarix

July 7, 2026

Paylaşılıb

iyun 7, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə