PASHA Bank
Ana səhifə
/
/
/
İşçi Bağlılığı və Kommunikasiyaları şöbəsi, Baş mütəxəssis

İşçi Bağlılığı və Kommunikasiyaları şöbəsi, Baş mütəxəssis

03-09-2025

464

Təsvir

  • Daxili maraqlı tərəflərlə əməkdaşlıq edərək, işçi kommunikasiya məzmununu ümumi bank məqsədləri və mesajlarına inteqrasiya etmək, işçi kommunikasiya strategiyasının inkişafını dəstəkləmək və strategiyanın icrasını təmin etmək. “Employer Value Proposition (EVP)” konseptinə uyğun daxili layihələrin yaradılmasını və tətbiqini idarə etmək.
  • Daxili kommunikasiya olunmasını dəstəkləyən, bankın korporativ mədəniyyətini formalaşdırmağa, əməkdaşlığı artırmağa və nəticələr əldə etməyə kömək edən xüsusi kommunikasiya fəaliyyət planları, planlama və müəyyən edilmiş nəticələri yaradır. İşçi bağlılığı göstəricilərinə əsaslanan fəaliyyət planlarını qurmaq, nəticələri ölçmək və rəhbərliyə hesabat təqdim etmək.
  • Ümumilikdə, işçilərin korporativ həyatında fərq yaratmaq və komanda üzvləri arasında dəyərləri yaşatmaq, möhkəmləndirmək. Fərqli əməkdaş seqmentləri üçün (gənc əməkdaşlar, rəhbər heyət, satış komandaları və s.) hədəfli kommunikasiya kampaniyaları hazırlamaq.
  • Daxili auditoriya üçün, təqdimatları, ssenariləri, iclas sənədlərini, daxili kommunikasiya məqalələrini və əməkdaşlarla bağlı layihələr irəli sürmək, kommunikasiya mətnləri və e-mailləri daxil olmaqla, kontent hazırlamaq, redaktə etmək və kommunikasiya materialları hazırlamaq.
  • Daxili maraqlı tərəflər tərəfindən hazırlanmış kommunikasiya materiallarını nəzərdən keçirmək və redaktə etmək, mesajların daxili strategiya və üslub ilə uyğun olduğundan əmin olmaq üçün tövsiyələr vermək.
  • Daxili kommunikasiya platformalarının aktivliyini yaratmaq və artırmaq üçün kontent plan hazırlamaq, həyata keçirilməsinə birbaşa nəzarət etmək. Daxili kommunikasiya layihələrində dijital transformasiya, innovativ yanaşmalar və texnologiya əsaslı həllərin tətbiqini təşviq etmək.
  • Daxili qaydaların tənzimlənməsini həyata keçirmək.
  • Sosial media və daxili kommunikasiya fəaliyyətlərini dəstəkləyərək güclü işçi dəyəri təklifini təqdim etmək, həmçinin intranet, Yammer və digər kanallarda (onlayn və oflayn) düzgün strukturu və yüksək keyfiyyətli məzmunu qorumaq.
  • Müxtəlif daxili işçi qruplarının işini əməkdaşlıq edərək dəstəkləmək.
  • İşçi kommunikasiya strategiyasının və metodlarının təsirini davamlı olaraq yaxşılaşdırmaq, ölçmək və qiymətləndirmək.


Tələblər

  • Təhsil: Kommunikasiya və ya digər müvafiq sahədə bakalavr təhsili. Magist təhsili üstünlükdür
  • İş təcrübəsi: ümumi iş təcrübəsi 3-5 il; Daxili kommunikasiya üzrə vəzifələrdə ən az 3 il iş təcrübəsi arzuolunandı
  •  Lisenziya/Sertifikat: Üstünlükdür
  • Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), ingilis dili (sərbəst), rus dili bilənlərə üstünlük verilir
  • Kompüter bilikləri: MS Office proqramları 
  • Digər: Ünsiyyət və danışıq qabiliyyəti, yazı və vaxtın idarə edilməsi, təqdimat bacarıqları  
  • Güclü strateji düşüncə və layihə idarəetmə bacarığı.
  • Kreativ yanaşma və müasir daxili kommunikasiya trendlərini (gamification, design thinking, digital storytelling, hybrid workplace engagement və s.) bilmək.
  •  Məlumat analizi və sorğu nəticələri əsasında fəaliyyət planı hazırlamaq bacarığı.
  • Müxtəlif platformalarda (intranet, Yammer, MS Teams, korporativ sosial şəbəkələr) yüksək keyfiyyətli kontent hazırlamaq və idarəetmə bacarığı.
  • Güclü stakeholder management – rəhbərlik və müxtəlif şöbələrlə səmərəli əməkdaşlıq bacarığı.
  • Təşkilati mədəniyyətin inkişafına töhfə verəcək liderlik xüsusiyyətləri.

Vakansiya haqqında

Son tarix

October 2, 2025

Paylaşılıb

sentyabr 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə