Bank üzrə İstedadlar Xəritəsinin yaradılması, inkişaf proqramlarının təsdiqi və icrası;
Davamçıların yetişdirilməsi və HİPO hovuzunun yaradılması;
Fəaliyyətin qiymətləndirilməsi, bacarıqların qiymətləndirilməsi və davranış müsahibələri kimi müxtəlif metodlardan istifadə edərək yüksək potensiallı işçiləri müəyyən etmək üçün qiymətləndirmələrin aparılması;
İşçilərin gələcək lider rolları üçün potensialını qiymətləndirmək məqsədi ilə müxtəlif qiymətləndirmə alətlərindən istifadə edilməsi;
Təşkilat daxilində işçilərin fəaliyyətini və liderlik potensialını qiymətləndirmək üçün 9 qutulu şəbəkə (9 box grid) kimi istedadın qiymətləndirilməsi alətlərinin hazırlanması;
Gələcək liderlərin inkişafını dəstəkləmək məqsədi ilə təlim sessiyaları, seminarlar, kouçinq sessiyaları və mentorluq proqramlarının təşkil edilməsi;
Orta və yuxarı rəhbərlik üçün liderlik inkişaf proqramının təşkil edilməsi;
Təşkilatın fəaliyyətinə və strateji məqsədlərə olan təsirinə əsaslanaraq, biznes üçün kritik rolları müəyyən etmək və prioritetləşdirmək məqsədilə yuxarı rəhbərlik və İR Biznes Partnyorlar ilə əməkdaşlıq edilməsi;
Dəyişən biznes ehtiyacları və prioritetlərinə uyğun olmasını təmin etmək üçün istedad hovuzunun mütəmadi olaraq yenilənməsi.
Tələblər
Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi);
Tələb olunan iş təcrübəsi: 0-1 il (Fəaliyyətin İdarə Olunması, Davamçıların yetişdirilməsi və ya digər İR sahələri);