PASHA Bank
Ana səhifə
/
/
/
Kargüzarlıq, Arxiv və Asistentlik qrupunun Assistenti

Kargüzarlıq, Arxiv və Asistentlik qrupunun Assistenti

Dünən

405

Təsvir

İşiniz nədən ibarətdir?



  • İdarə Heyətinin müvafiq üzvünün və Baş direktorların gündəlik iş və görüşlərinin təşkilini fəal surətdə idarə edir və bütün görüşlərin qüsursuz şəkildə keçirilməsini təmin edir;
  • İdarə Heyətinin müvafiq üzvünün və Baş direktorların bütün biznes tələblərinin qənaətbəxş şəkildə həyata keçirilməsi üçün digər işçi heyəti və struktur vahidləri ilə əlaqələrin qurulmasının təmin edilməsi;
  • Müvafiq kurasiya üzrə qərarlarının, tapşırıqlarının icrası barədə hesabatın verilməsi;
  • İdarə Heyətinin müvafiq üzvünün qonaqlarının (müştərilərin) müvafiq surətdə qarşılanması və hər zaman bankın nüfuzunun yaxşı şəkildə təqdim olunmasının təmin edilməsi;
  • Kargüzarlıq və sənəd dövriyyəsi işinə dəstək göstərilməsi;
  • İdarə Heyətinin müvafiq üzvünün gündəlik və səyahət səfərlərinin təşkil edilməsində fəal surətdə iştirak edir və bu zaman vaxt və xərcləri effektiv şəkildə idarəedilməsini təmin edir;
  • Sənədlərin İdarə Heyətinin müvafiq üzvünə imza üçün təqdim edilməsi, bu zaman zəruri məlumatların mövcudluğunun təmin edilməsi (əks halda müvafiq tərəflərdən dəstəkləyici sənədlərin sorğulanması) və onların yenidən müvafiq şəxslərə ötürülməsi;
  • İdarə Heyətinin müvafiq üzvü və menecer tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və həyata keçirilməsi;
  • İdarə Heyətinin üzvü tabeçiliyində olan struktur bölmələrinə inzibati dəstəyin göstərilməsi.


Tələblər

Sizdən nə tələb olunur?



  • Təhsil: Bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: 0-1 il;
  • Xarici dillər: İngilis, Rus;
  • Kompüter bilikləri: Microsoft Office


Vakansiya haqqında

Son tarix

September 29, 2025

Paylaşılıb

avqust 20, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə