PASHA Bank
Ana səhifə
/
/
/
Korporativ satış üzrə Baş müştəri meneceri

Korporativ satış üzrə Baş müştəri meneceri

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

Bu gün

217

Təsvir

İşiniz nədən ibarətdir?


  • Məhsul(ların) penetrasiyasından (satışından), gəlirlikdən və müştəri məmnunluğunun artırması nəticəsində portfelin böyüməsini təmin etmək;
  • Müştəri əlaqələrinin genişləndirilməsi və mövcud portfelin optimal şəkildə saxlanması, yeni bizneslərini cəlb etmək;
  • Müştəri ilə əməkdaşlıq səviyyəsinin (penetration rate) və Bank (müştəridə) payını (share of wallet) artırmaq;
  • Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətləri qurmaq;
  • Bankın brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak etmək;
  • Müştəri sorğuların vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazım olunan tədbirlər görmək;
  • Bankın və müştərilərin məlumatlarının məxfiliyin qorunmasını təmin etmək;
  • Müştəri kredit və ya digər Bank məhsulu üzrə müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq, qaydalara və qanunvericiliyə uyğun olaraq təkliflər vermək;
  • Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq);
  • Müştərilərə fərqlı və xüsusi məhsul və xidmətlərini təklif etmək üçün Skvod daxilində və xaricində əməkdaşları ilə əməkdaşlıq etmək;
  • Skvod üzvlərinin işində dəstək göstərmək;
  • Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək (araşdırma aparmaq, səs vermək və s.);
  • Qərarların qəbul edilməsi zamanı məsuliyyətini dərk edərək, komplayns siyasəti və etik davranış qaydalarının tələblərini nəzərə almaqla səs vermək. Bankın maraqlarını üstün tutmaq, Şəxsi maraqlarını hansısa formada üstün tutmamaq;
  • İştirak etdiyi qərarvermə səlahiyyətinə malik struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv olan hər bir əməkdaş tərəfindən əmək funksiyalarının və icra intizamının lazımı qaydada yerinə yetirilməsinə nəzarət etmək və hər hansı mənfi hal (komplayns siyasətinə, etik davranış qaydalarına, daxili qaydalara və qanunvericiliyə uyğun olmayan) ona məlum olduqda bu barədə aidiyyəti funksiyanı və ya yuxarı rəhbərini məlumatlandırmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.


Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Maliyyə və ya İqtisadiyyat üzrə üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: 5 ilə qədər iş təcrübəsi;
  • Xarici dil: İngilis və Rus dilləri üstünlükdür;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bank məhsulları;
  • Bazar üzrə biliklər: Skvod sahə(ləri) üzrə, bank məhsulları.

Vakansiya haqqında

Son tarix

November 19, 2025

Paylaşılıb

oktyabr 10, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri