PASHA Bank
Ana səhifə
/
/
/
Korporativ ve İnsitutsional Bankçılıq üzrə Kiçik Müştəri Meneceri

Korporativ ve İnsitutsional Bankçılıq üzrə Kiçik Müştəri Meneceri

Bu gün

217

Təsvir

·       Müştəri Meneceri ilə birgə potensial müştərilərin müəyyən edilməsi, bankın məhsul və xidmətlərinin (kredit, depozit, valyuta əməliyyatları, rəqəmsal həllər və s.) təqdim olunmasına və satış prosesinə dəstək göstərilməsi;

·       Bankın məhsul və xidmətləri, qiymət siyasəti və prosedurları barədə müvafiq biliklərə sahib olmaq və müştərilərə düzgün məlumat vermək;

·       Müştəri ödəniş müraciətlərinin və şikayətlərinin qeydiyyata alınması, müvafiq şöbələrlə əlaqələndirilərək icrasına nəzarət;

·       Müştərilərin rəsmi məktub müraciətlərinin icrasına nəzarət;

·       Müştəri Meneceri əlçatan olmadığı halda, müştəri ilə kommunikasiya və məlumat mübadiləsinin təmin edilməsi, daxil olan sorğuların müvafiq şöbələrə yönəldilməsi;

·       Bankın tələb etdiyi sənədlərin müştəridən toplanması, yoxlanılması və qeydiyyata alınması;

·       Müştəri şikayətlərinin qəbul edilməsi, səbəblərin təhlili və müvafiq şöbəyə ötürülməsi;

·       Müştərilərin fərdi hesabat tələblərinin (kredit, çıxarış və s.) hazırlanması və təqdim edilməsi;

·       Kredit və depozitlərin verilməsi prosesinə nəzarət, əməliyyatların vaxtında və düzgün icrasının təmin edilməsi;

·       Kredit təqdim olunması prosesində daxili şöbələrin koordinasiyası və icrasının sürətləndirilməsi;

·       Kredit təqdim olunmasından öncə və sonra sənədlərin dolğunluğunun və əlaqəli proseslərin icrasının izlənilməsi;

·       Təqdim edilmiş girovların rəsmiləşdirilməsi, yenilənməsi, və silinməsi ilə bağlı daxili proseslərə nəzarət;

·       Sığorta portfelinin idarə edilməsi və yenilənməsi ilə bağlı daxili proseslərin icrasına nəzarət;

·       Müştəri siyahılarının tərtib edilməsi, müvafiq şöbələrə təqdim edilməsi;

·       Daxili şöbələrin sorğularının cavablandırılması;

·       Müştəri Meneceri tərəfindən verilmiş tapşırıqların icrası, icra prosesinin izlənilməsi və nəticələr barəsində vaxtında geridönüş edilməsi.

Tələblər

·       Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;

·       İş təcrübəsi (il və/və ya sahə olaraq): 0-1 il;

·       Dil bilikləri: İngilis, Rus;

·       Kompüter bilikləri: Microsoft Office;

·       Digər: Məhsul üzrə biliklər: Bank məhsulları.

Vakansiya haqqında

Son tarix

December 6, 2025

Paylaşılıb

oktyabr 27, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə