
· Müştəri Meneceri ilə birgə potensial müştərilərin müəyyən edilməsi, bankın məhsul və xidmətlərinin (kredit, depozit, valyuta əməliyyatları, rəqəmsal həllər və s.) təqdim olunmasına və satış prosesinə dəstək göstərilməsi;
· Bankın məhsul və xidmətləri, qiymət siyasəti və prosedurları barədə müvafiq biliklərə sahib olmaq və müştərilərə düzgün məlumat vermək;
· Müştəri ödəniş müraciətlərinin və şikayətlərinin qeydiyyata alınması, müvafiq şöbələrlə əlaqələndirilərək icrasına nəzarət;
· Müştərilərin rəsmi məktub müraciətlərinin icrasına nəzarət;
· Müştəri Meneceri əlçatan olmadığı halda, müştəri ilə kommunikasiya və məlumat mübadiləsinin təmin edilməsi, daxil olan sorğuların müvafiq şöbələrə yönəldilməsi;
· Bankın tələb etdiyi sənədlərin müştəridən toplanması, yoxlanılması və qeydiyyata alınması;
· Müştəri şikayətlərinin qəbul edilməsi, səbəblərin təhlili və müvafiq şöbəyə ötürülməsi;
· Müştərilərin fərdi hesabat tələblərinin (kredit, çıxarış və s.) hazırlanması və təqdim edilməsi;
· Kredit və depozitlərin verilməsi prosesinə nəzarət, əməliyyatların vaxtında və düzgün icrasının təmin edilməsi;
· Kredit təqdim olunması prosesində daxili şöbələrin koordinasiyası və icrasının sürətləndirilməsi;
· Kredit təqdim olunmasından öncə və sonra sənədlərin dolğunluğunun və əlaqəli proseslərin icrasının izlənilməsi;
· Təqdim edilmiş girovların rəsmiləşdirilməsi, yenilənməsi, və silinməsi ilə bağlı daxili proseslərə nəzarət;
· Sığorta portfelinin idarə edilməsi və yenilənməsi ilə bağlı daxili proseslərin icrasına nəzarət;
· Müştəri siyahılarının tərtib edilməsi, müvafiq şöbələrə təqdim edilməsi;
· Daxili şöbələrin sorğularının cavablandırılması;
· Müştəri Meneceri tərəfindən verilmiş tapşırıqların icrası, icra prosesinin izlənilməsi və nəticələr barəsində vaxtında geridönüş edilməsi.
· Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;
· İş təcrübəsi (il və/və ya sahə olaraq): 0-1 il;
· Dil bilikləri: İngilis, Rus;
· Kompüter bilikləri: Microsoft Office;
· Digər: Məhsul üzrə biliklər: Bank məhsulları.
Son tarix
December 6, 2025
Paylaşılıb
oktyabr 27, 2025
Vakansiya növü
Tam ştat

ATB Bank ● Bakı, Azərbaycan
Bu gün
3

PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
9.5K

PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
13

PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
17

AzInTelecom MMC ● Bakı, Azərbaycan
Bu gün
63