PASHA Bank
Ana səhifə
/
/
/
KOS Bakı Filialları üzrə Satış və Əməliyyatlar/ Landmark şöbəsinin Nağd Əməliyyatlar istiqamətinin Xəzinədarı

KOS Bakı Filialları üzrə Satış və Əməliyyatlar/ Landmark şöbəsinin Nağd Əməliyyatlar istiqamətinin Xəzinədarı

Bu gün

24

Təsvir

  • Daxil olmuş pulların sayılması;
  • Filialda yerləşən ATM, AVMQ və Bankın digər avadanlıqlarının boşaldılması və doldurulması;
  • Müştərinin müraciətinə və rəhbərinin göstərişi ilə əsasən inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək;
  • Sənədlər əsasında nağd pul vəsaitlərinin inkasatorlara verilməsi və təhvil alınması;
  • Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi
  • ABS-də müxabirləşmələrin aparılması;
  • Kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi;
  • Kassa əməliyyat sənədlərinin saxlanılması, günün sonu kassa dövriyyəsı haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilməsi;
  • Müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bolmələrə və ya birbaşa rəhbərinə məlumat verməsi;
  • Avadanlıqların işlək vəziyyətdə olub-olmamasına nəzarət edilməsi;
  • Digər kassir həmkarları tərəfindən sistemə daxil edilmiş əməliyyatların yoxlayıb təsdiqləməsi (Sistem üzərindən hüquq verildikdə).

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): Xəzinə və Bank sahəsində 3 il;
  • Texniki səriştələr: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi, Mərkəzi bankın qaydaları, FlexCube;
  • Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta);
  • Kompüter bilikləri: Word, Excel, Outlook.

Vakansiya haqqında

Son tarix

May 16, 2026

Paylaşılıb

aprel 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə