PASHA Bank
Ana səhifə
/
/
/
KOS bankçılığı departamentinin Məsafədən satış qrupunun Virtual müştəri meneceri

KOS bankçılığı departamentinin Məsafədən satış qrupunun Virtual müştəri meneceri

Bu gün

7

Təsvir

  • Kiçik və Orta Sahibkarlıq Seqmentinə aid potensial müştərilər ilə telefon vasitəsilə əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi və satışlarını təmin edilməsi;
  • Müştəri ilə danışıq zamanı zəngin qeydiyyatının CRM platforması üzərindən aparılması;
  • Satış məqsədi ilə məhsulların monitorinqi, müştərilərin əlaqə nömrələrinin axtarışı, müştərilərə internet banking və mobil tətbiqdə məhsul ilə bağlı sorğunu amamlamağa dəstəyin verilməsi , müştərilərə sorğunun nəticəsi ilə bağlı zənglərin edilməsi;
  • Bank daxili CRM platforması üzərindən daxil olan potensial müştəri bazasına, təqdim olunmuş siyahılara və alternativ kanallar vasitəsi ilə daxil olan müraciətlərə əsasən potensial müştərilər ilə əlaqə saxlayıb satış məqsədi ilə məlumat təqdim etmək;
  • Məsafədən satış zamanı prosesdə yaranan problemlərinin aradan qaldırılması üzrə müraciətləri təhlil etmək və müştəriyə lazımi dəstəyin göstərilməsi üçün sorğunun KOS müştərilərə dəstək komandasına yönləndirilməsi;
  • Satış zamanı fiziki görüş tələb edən məqamlar yarandıqda müraciətlərin təhlil edilməsi və rəhbərin razılığı ilə fiziki görüşün keçirilməsi;
  • Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstərmək;
  • Bazarda icma təşkilatlarına və fəaliyyətlərinə qatılmaq, markanın təşviqinə, satışına və şirkətin imicinin yüksəldilməsinə xidmət edilməsi. Rəqib bankların təklif etdiyi məhsul/xidmətlərin şərtlərini anlamaq və bank imkanlarını müəyyənləşdirmək üçün xarici bazarı izləmək;
  • Mümkün şübhəli əməliyyatların və hadisələrin müəyyənləşdirilməsi və təhlil edilməsi və müvafiq strukturlara eskalasiya edilməsi.

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti - Ali təhsil (İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili arzuolunandır);
  • İş təcrübəsi (il və/və ya sahə olaraq) - müvafiq sahə üzrə minimum 0-1 il;
  • Texniki səriştələr - Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq;
  • Yumşaq səriştələr - Güclü ünsiyyət bacarığı, müştərilərlə danışma qabiliyyəti, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
  • Dil bilikləri - Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis);
  • Kompüter bilikləri - Microsoft Office (Excel, Word).

Vakansiya haqqında

Son tarix

June 21, 2026

Paylaşılıb

may 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə