PASHA Bank
Ana səhifə
/
/
/
Kredit Risklərinin İdarə Edilməsi Ehtiyatlanma üzrə Baş mütəxəssis (IT Biznes analitik)

Kredit Risklərinin İdarə Edilməsi Ehtiyatlanma üzrə Baş mütəxəssis (IT Biznes analitik)

  • PASHA Bank
  • Bakı Ağ Şəhər, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

15

Təsvir

·       Bankın aktiv metodologiyalarının, proses və siyasətlərinin nəzərdən keçirilməsi və lazımi təkliflərin verilməsi;

·       Maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes tələblərini toplamaq və sənədləşdirilməsi;

·       Dəyişiklik sorğularının (CAB) analizinin aparılması və qiymətləndirmənin edilməsi;

·       İştirakçısı olduğu layihələr üzrə texniki həllərin tətbiq olunması üçün tərəflərlə müvafiq kommunikasiyaların aparılması, tətbiq olunmasına nəzarət, test olunması və sənədləşdirilməsi;

·       Bankın müxtəlif strukturları ilə birlikdə həyata keçirilən layihələrin müvafiq mərhələlərinin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsi;

·       Bankın kredit risklərinin idarə edilməsi siyasətinə uyğun olaraq aktiv və planlaşdırılan layihələrin kredit riskləri tərəfindən qiymətləndirilməsi;

·       Sağlam tənzimləyici mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və təkliflərin verilməsi;

·       Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların yetişdirilməsi;

·       Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

·       Təhsil: İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;

·       İş təcrübəsi: IT Biznes analitika və bankçılıq sahəsində minimum 3 il təcrübə;

·       Lisenziya/ Sertifikat: SQL arzuolunandır;

·       Xarici dil: İngilis dili (səlis), rus ili (arzuolunandır);

·       Kompüter bilikləri: Microsoft Office;

·       Python və SQL (Arzuolunan);

·       Məhsul üzrə biliklər: SQL, verilənlər strukturu və alqoritm biliyi, BPMN və UML modelləşdirmə dil biliyi, Microsoft Office (Excel, MC Visio) , Web servislər (XML, SOAP, REST);

·       Başqa tələblər: Yaxşı idarəçilik, ünsiyyət və hesabat biliyi.

Vakansiya haqqında

Son tarix

June 20, 2026

Paylaşılıb

may 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə