PASHA Bank
Ana səhifə
/
/
/
Kreditlərin bərpası departamentinin Rəqəmsal hard collection qrupunun Mütəxəssisi

Kreditlərin bərpası departamentinin Rəqəmsal hard collection qrupunun Mütəxəssisi

Bu gün

15

Təsvir

-      Problemli kreditlərlə iş üzrə metodologiya və prosedurlara əsasən işin icrası;

-      Sonrakı bərpa proseslərinin həyata keçirilməsi (Rəqəmsal KOS və Fərdi Bankçılıq);

-      Problemli kreditlərin idarə olunması və effektiv həll yollarının tətbiqi;

-      Kreditlərin restrukturizasiyası və bərpası;

-    Ödənişi gecikdirilmiş müştərilərlə bağlı problemlərin həll edilməsi məqsədilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak;

-      Gecikdirilmiş və qeyri-işlək kreditlər üzrə borcalanlar bazasının monitorinqi və təhlili;

-      Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması və gecikmə səbəblərinin müəyyənləşdirilməsi və Bank üçün uyğun olduqda müvafiq təkliflərin verilməsi (bank daxili görüşlər, biznes və ev ünvanlarına baxışlar, telefon zəngləri, mesajlar və s. vasitəsilə);

-      Problemli kreditlərin bərpası prosesində restrukturizasiya planlarının hazırlanması və tətbiqi;

-      Geri ödənişlərin stimullaşdırılması üçün restrukturizasiya, möhlət, güzəşt və digər bərpa alətlərinə dair ilkin qiymətləndirmənin aparılması;

-      Görülən tədbirlərin və danışıqların nəticələrinin daxili sistemlərdə qeydiyyatının aparılması;

-      Müştərilərin davranışlarına nəzarət və onların təhlili;

-      Problemli kreditlərin bərpası məqsədilə rəsmi bildirişlərin göndərilməsi üçün proseslərin başladılması;

-      İcraatın hüquqi mərhələyə keçməsi halında mütəmadi olaraq statuslar barədə məlumatın əldə olunması;

-      Məhkəmədən kənar təminatların (aktivlərin) satışının icrası;

-      Mövcud qaydalar və prosedurlar çərçivəsində işin aparılması və konfidensiallığın qorunması;

-      Daxili normativ sənədlərlə tanışlıq və onların tələblərinə riayət olunması;

-      Komanda ilə effektiv əməkdaşlıq və müştəri yönümlü yanaşmanın təmin olunması;

-      Struktur bölmənin fəaliyyətinin nəticələri barədə səlahiyyətli şəxslərə hesabat vermək (yığımla bağlı hesabat və s.);

-      Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi.


Tələblər

•          Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;

•          İş təcrübəsi: Kreditlərin bərpası, kredit (satış), risk, kredit monitorinqi, kredit anderaytinqi üzrə minimum 2 il arzu olunandır;

•          Xarici dil: İngilis dili (orta) və ya Rus dili (orta);

•          Kompüter bilikləri: Microsoft Office proqramları üzrə biliklər;

•          Başqa tələblər: Güclü ünsiyyət qabiliyyəti və münaqişələrin həlli bacarıqları.

Vakansiya haqqında

Son tarix

July 9, 2026

Paylaşılıb

iyun 9, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə