PASHA Bank
Ana səhifə
/
/
/
Kreditləşmə üzrə Analitik

Kreditləşmə üzrə Analitik

Bu gün

45

Təsvir

  • Müştərilər ilə kommunikasiyanın idarə olunması, eləcə də hədəf üzrə cari satış göstəricilərinə nəzarət olunması və əlaqədar zəruri qərarların qəbul edilməsi.
  • Mövcud böyük kommersiya müştərilərin saxlanılması.
  •  Kommersiya müştəri seqmentləri üzrə Mənfəət və Zərərə görə cavabdehlik.
  •  Kredit sifarişi təmin etmək məqsədilə həyata keçirilən müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin həyata keçirilməsi.
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun olan optimal məhsul qarışığına qərar verilməsi.
  •  Kredit risk anderraytinq və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit komitəsinə təklif edilməsi.
  • Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət edilməsi və müştərilərə verilən limitlərin vaxtında yenilənməsi.
  • Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək. (araşdırma aparmaq, səs vermək və s.) Qərarların qəbul edilməsi zamanı məsuliyyətini dərk edərək, komplayns siyasəti və etik davranış qaydalarının tələblərini nəzərə almaqla səs vermək. Bankın maraqlarını üstün tutmaq, Şəxsi maraqlarını hansısa formada üstün tutmamaq.
  • İştirak etdiyi qərarvermə səlahiyyətinə malik struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv olan hər bir əməkdaş tərəfindən əmək funksiyalarının və icra intizamının lazımı qaydada yerinə yetirilməsinə nəzarət etmək və hər hansı mənfi hal (komplayns siyasətinə, etik davranış qaydalarına, daxili qaydalara və qanunvericiliyə uyğun olmayan) ona məlum olduqda bu barədə aidiyyəti funksiyanı və ya yuxarı rəhbərini məlumatlandırmaq.


Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə .
  •  İş təcrübəsi (il və/və ya sahə olararaq) : 2-3 il.
  •  Texniki səriştələr: IFRS
  • Lisenziya/Sertifikat: ACCA F3
  • Dil bilikləri: İngilis (səlis)
  • Kompüter bilikləri: Ən az başlanğıc səviyyə.
  • Bazar üzrə biliklər.
  • Bank məhsulları.

Vakansiya haqqında

Son tarix

July 12, 2026

Paylaşılıb

iyun 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə