PASHA Bank
Ana səhifə
/
/
/
Məhsul üzrə Analitik (Biznes İnnovasiyaları)

Məhsul üzrə Analitik (Biznes İnnovasiyaları)

Bu gün

154

Təsvir

İşiniz nədən ibarətdir?


  • Xüsusi məhsullar üçün məhsulun backlog-nun yaradılması və prioritetləşdirilməsi;
  • Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olunması;
  • Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırılması;
  • Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq;
  • Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq;
  • Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək;
  • Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.


Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT)
  • Xarici dillər: İngilis , rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Başqa tələblər: Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də ciddi bank işi anlayışına, eləcə də ekspertin anlayışına malik olmaq. Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.). Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq.


Vakansiya haqqında

Son tarix

mart 23, 2025

Paylaşılıb

fevral 11, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə