Bankın Müştərilərinin sorğu və müraciətlərinin Bankın daxili prosedur və qaydaları ilə tanış olaraq onlara uyğun operativ şəkildə icra olunması;
Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
Müştəri və müştəriyə aid olan bütün məlumatlar və onun maliyyə məsələlərinin məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası;
İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələbləri ilə tanış olaraq üzləşdirilməsi, hər hansı mümkün olan riskli və şübhəli əməliyyatların aşkarlanması və Bankın aidiyyatı struktur bölmələrinə yönəldilməsi;
Müştəri tapşırıqlarının daxili prosedur və qaydalara uyğun icra olunması;
Bankın öz müştərilərinə göstərdiyi xidmətlər üzrə bütün sənədləşmə işlərinin və hesabatların gündəlik tərtib və təşkil edilməsi;
Bankın daxili prosedurlarına əsasən, bütün aparılmış əməliyyatlar üzrə sənədləşmələrin aparılmasına (müştərilər haqqında məlumatlar daxil olmaqla) və arxivləşdirilməsinin təmin edilməsi;
Filial daxilində ön-ofis işçilərini əvəz etmək qabiliyyətinə malik olması;
Göstərdiyi xidmətin birbaşa aid olduğu Bankın struktur bölmələri üçün müəyyən olunan tapşırıq və layihələrin planlaşdırılması və icra olunması;
Gündəlik əməliyyatların normal şəkildə həyata keçirilməsinin təmin olunması (xidmət cəhətindən); müştəri sorğularının cavablandırılmasının və peşəkar məsləhətlərin verilməsinin təmin edilməsi;
Fəaliyyətin Bank Xidmət Standartlarına, Xidmət Keyfiyyətinə və Komplayns normalarına uyğunlaşdırılması;
Bankın məhsulları və xidmətləri haqqında məlumata və anlayışa malik olması, vaxtı vaxtında bu cür biliklərin yenilənməsi;
Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı;
Bankın hər hansı struktur bölməsinin fəaliyyətinə Bankın strateji məqsəd və mənafeləri nəzərə alınmaqla dəstək göstərilməsi.
Tələblər
Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il ;
Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə)
Kompüter bilikləri: Microsoft Office (Excel, Word);
Başqa tələblər: Hesabat hazırlama bacarığı, ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.