PASHA Bank
Ana səhifə
/
/
/
Risklərin İdarə Edilməsi departamentinin Model validasiyası qrupu üzrə Baş mütəxəssis

Risklərin İdarə Edilməsi departamentinin Model validasiyası qrupu üzrə Baş mütəxəssis

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

Bu gün

115

Təsvir

İşiniz nədən ibarətdir?


  • Statistik və ML modellərinin keyfiyyət və kəmiyyət üzrə validasiyasını həyata keçirmək;
  • Validasiya metodologiyasının inkişaf etdirilməsi və yenilənməsində iştirak etmək;
  • Model validasiya reportunu və prezentasiyanı hazırlamaq;
  • Modeli validasiya etmək, düzgün məlumat almaq üçün müxtəlif mənbə və platformalardan datanı toplamaq;
  • Model validasiyası test nəticələrinin şərh edilməsi və məhsul sahibi, data science komandasına tədbirlər planının hazırlanmasına təkliflər vermək;
  • Rəhbərlik üçün təqdimatları və hesabatları hazırlamaq;
  • Model sənədlərini oxumaq, model metodologiyanı, datanı dərindən araşdırmaq, model proses və texnikalarını öyrənmək üçün uyğun suallar vermək, modelin çatışmazlıqlarını, riskləri müəyyən etmək, təbdirlər və model yenilənməsi üçün tövsiyələr vermək;
  • Validasiya mütəxəssislərinə mentorluq və istiqamətin verilməsini təmin etmək, onların fəaliyyətlərinə nəzarət etmək, onların vəzifələrinin müvafiq qaydada icra edilməsindən və onların fəaliyyətlərinin biznesin ümumi baxışına və tələblərinə uyğun olmasından əmin olmaq;
  • Modelin gələcək mümkün risklərini öncədən müəyyən etmək və bu risklərin azaldılması üçün tədbirlər planının hazırlanmasına nail olmaq;
  • Validasiya prosesinin düzgün aparılmasına əmin olmaq və digər komanda üzvlərinin işlərinə baxış keçirmək və s.


Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Kompüter elmləri, statistika, tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi/magistr dərəcəsi;
  • İş təcrübəsi: Maliyyə və bank sahəsində data science, model validasiyası üzrə minimum 3 il iş təcrübəsi ;
  • Statistik modeləşdirmə üzrə dərin biliklər;
  • Linear regression, logistic regression, decision tree və ML (Boosting, random forest, etc.) modellər üzrə təcrübə;
  • Python, SQL ilə sərbəst işləmə bacarığı;
  • Microsoft Excel, PowerPoint, Word-də işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Xarici dil: İngilis dili (minimum upper-intermediate).


Vakansiya haqqında

Son tarix

October 29, 2025

Paylaşılıb

sentyabr 23, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə