Statistik və ML modellərinin keyfiyyət və kəmiyyət üzrə validasiyasını həyata keçirmək;
Validasiya metodologiyasının inkişaf etdirilməsi və yenilənməsində iştirak etmək;
Model validasiya reportunu və prezentasiyanı hazırlamaq;
Modeli validasiya etmək, düzgün məlumat almaq üçün müxtəlif mənbə və platformalardan datanı toplamaq;
Model validasiyası test nəticələrinin şərh edilməsi və məhsul sahibi, data science komandasına tədbirlər planının hazırlanmasına təkliflər vermək;
Rəhbərlik üçün təqdimatları və hesabatları hazırlamaq;
Model sənədlərini oxumaq, model metodologiyanı, datanı dərindən araşdırmaq, model proses və texnikalarını öyrənmək üçün uyğun suallar vermək, modelin çatışmazlıqlarını, riskləri müəyyən etmək, təbdirlər və model yenilənməsi üçün tövsiyələr vermək;
Validasiya mütəxəssislərinə mentorluq və istiqamətin verilməsini təmin etmək, onların fəaliyyətlərinə nəzarət etmək, onların vəzifələrinin müvafiq qaydada icra edilməsindən və onların fəaliyyətlərinin biznesin ümumi baxışına və tələblərinə uyğun olmasından əmin olmaq;
Modelin gələcək mümkün risklərini öncədən müəyyən etmək və bu risklərin azaldılması üçün tədbirlər planının hazırlanmasına nail olmaq;
Validasiya prosesinin düzgün aparılmasına əmin olmaq və digər komanda üzvlərinin işlərinə baxış keçirmək və s.
Tələblər
Sizdən nə tələb olunur?
Təhsil: Kompüter elmləri, statistika, tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi/magistr dərəcəsi;
İş təcrübəsi: Maliyyə və bank sahəsində data science, model validasiyası üzrə minimum 3 il iş təcrübəsi ;
Statistik modeləşdirmə üzrə dərin biliklər;
Linear regression, logistic regression, decision tree və ML (Boosting, random forest, etc.) modellər üzrə təcrübə;
Python, SQL ilə sərbəst işləmə bacarığı;
Microsoft Excel, PowerPoint, Word-də işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
Xarici dil: İngilis dili (minimum upper-intermediate).