PASHA Bank
Ana səhifə
/
/
/
Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis

Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis

  • PASHA Bank
  • 25e 8 Noyabr Prospekti, Bakı 1025, Azərbaycan
  • Tam ştat

Bu gün

5

Təsvir

  • Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanmasını işinin təşkili (İCAAP);
  • Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və idarə edilməsi;
  • Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması;
  • Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsində iştirak;
  • Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi;
  • Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi;
  • Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdirillməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılmasına nəzarət edilməsi;
  • Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsinə nəzarət;
  • Təşkilati risklərin İdarə edilməsi çərçivəsində ESG siyasətinin hazırlanması, tətbiqinin təşkili, icrasına nəzarət və bu istiqamətdə əlaqəli bütün fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi;
  • Dövri hesabatlığın hazırlanması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: Risk və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Lisenziya/ Sertifikat: FRM, CFA, CERM üzrə Level 1 keçmişlərə üstünlük verilir;
  • Xarici dil: İngilis dili (professional səviyyə);
  • Kompüter bilikləri: Microsoft Office (xüsusilə Excel və PowerPoint)
  • Analitik və kritik düşünmə qabiliyyəti
  • Araşdırma və məlumatların təhlili bacarığı
  • Problemlərin strukturlaşdırılması və səbəb–nəticə əlaqələrinin müəyyən edilməsi qabiliyyəti
  • Risklərə sistemli və konseptual yanaşma tərzi
  • Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq qurmaq bacarığı
  • Dəyişən tənzimləyici və biznes mühitinə çevik uyğunlaşma qabiliyyəti

Vakansiya haqqında

Son tarix

June 14, 2026

Paylaşılıb

may 15, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Supervayzer

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə