PASHA Bank
Ana səhifə
/
/
/
Təşkilati Risklərin İdarə Edilməsi üzrə Kiçik mütəxəssis

Təşkilati Risklərin İdarə Edilməsi üzrə Kiçik mütəxəssis

  • PASHA Bank
  • Bakı Ağ Şəhər, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

2

Təsvir

Əsas vəzifə öhdəlikləri:


·       Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanması;

·       Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi (1-ci müdafiə səviyyəsi ilə iş);

·       Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin, dəstəklənməsi və onların yerinə yetirilməsi;

·       Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsi;

·       Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi;

·       Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi;

·       Təşkilati riski iştahasının və hədlərinin monitorinq edilməsi və müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması;

·       Dövri hesabatlığın hazırlanması;

·       Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

Tələb olunan bilik, bacarıq və təcrübə

·       Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;

·       İş təcrübəsi: Risk, audit, daxili nəzarət və ya müvafiq sahə üzrə minimum 1 ilə qədər iş təcrübəsi arzu olunandır;

·       Lisenziya/ Sertifikat: Risklərin idarə edilməsi üzrə sertifikasiya/təlim proqramlarını bitirənlərə üstünlük verilir;

·       Xarici dil: İngilis dili (səlis);

·       Kompüter bilikləri: Microsoft Office.

Vakansiya haqqında

Son tarix

October 29, 2026

Paylaşılıb

sentyabr 29, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə