Aylıq hesab-fakturaları müqavilə şərtlərinə və razılaşdırılmış hesablaşma qrafikinə uyğun olaraq icarəçilərə göndərmək və onların vaxtında çatdırılmasını təmin etmək;
Hesab-fakturalarda göstərilən məbləğlərin və tətbiq olunan ödənişlərin düzgünlüyünü təmin etmək məqsədilə onları müqavilə şərtləri və icarəçilərin aylıq gəlir və dövriyyə məlumatları ilə yoxlamaq;
Hesab-fakturalarla bağlı icarəçilərin sorğu və etirazlarına baxmaq, düzəlişləri Maliyyə və İcarə şöbələri ilə əlaqələndirmək;
Maliyyə şöbəsi ilə birlikdə daxil olan ödənişləri uzlaşdırmaq və onları müvafiq icarəçi hesablarına və hesab-fakturalara aid etmək;
Vaxtı keçmiş borclar üzrə icarəçilərlə əlaqə saxlamaq və verilmiş səlahiyyətlər çərçivəsində yığım tədbirlərini həyata keçirmək: xatırlatma və rəsmi bildirişlər göndərmək, ödəniş qrafikləri razılaşdırmaq, gecikmə cərimələri tətbiq etmək, depozit və ya bank zəmanətindən istifadə etmək, işləri Hüquq şöbəsinə ötürmək;
Potensial yığım və müqavilə risklərini vaxtında müəyyən etmək, qiymətləndirmək, hesabat vermək və müvafiq tədbirlər təklif etmək məqsədilə icarəçilərin ödəniş davranışını, borc qalıqlarını, debitor borclarını, həmçinin satış və ümumi fəaliyyət göstəricilərini təhlil etmək;
İcarə müqavilələri üzrə ödəniş şərtlərinə, müqavilə müddətlərinə və əsas tarixlərə nəzarət etmək, müqavilələrin yenilənməsi, uzadılması və xitamı ilə bağlı müvafiq şöbələrlə koordinasiyanı təmin etmək;
Dəqiq uçot aparmaq və hesabların statusunu yeniləmək; həftəlik yığım hesabatlarını, aylıq müqavilə, idarəetmə və debitor borcları üzrə proqnoz hesabatlarını hazırlamaq;
Yığım üzrə əsas performans göstəricilərini (yığım əmsalı üzrə vaxtı keçmiş borcların payı) izləmək, nəticələri hədəflərlə müqayisə etmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
Müqayisəli və kommersiya təhlilləri aparmaq, biznes qərarlarını, icarəçilərlə davamlı əməkdaşlığı və portfelin səmərəliliyini dəstəkləmək üçün İcarə və digər şöbələrə analitik məlumat və tövsiyələr təqdim etmək;
Yığım məsələlərinin həlli və müqavilə öhdəliklərinə riayət olunmasının təmin edilməsi məqsədilə Maliyyə, İcarə, Hüquq, Ticarət Mərkəzlərinin İdarəetməsi və digər şöbələrlə əməkdaşlıq etmək; debitor borclarının, ödəniş göstəricilərinin və razılaşdırılmış tədbirlər planlarının müzakirəsi üçün şöbələr və icarəçilərlə görüşlər təşkil etmək və onlarda iştirak etmək;
Ticarət mərkəzlərinə ziyarətçi axınının (footfall) dinamikasını izləmək və aylıq ziyarətçi məlumatlarını icarəçilərlə bölüşmək.
Tələblər
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
Debitor borclarının idarə edilməsi, borcların yığılması, Maliyyə və ya oxşar sahədə minimum 2–3 il iş təcrübəsi;
Microsoft Office proqramları, xüsusilə Microsoft Excel üzrə yüksək səviyyədə ;
ERP və mühasibatlıq sistemləri ilə işləmək təcrübəsi üstünlükdür;
Mühasibat uçotunun əsas prinsipləri, debitor borclarının idarə edilməsi, hesab-fakturaların rəsmiləşdirilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
Güclü analitik və riyazi təhlil bacarıqları, maliyyə məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və hesabatlar hazırlamaq qabiliyyəti;
Azərbaycan və ingilis dillərini sərbəst bilmək; rus dilini bilmək üstünlükdür;
Güclü ünsiyyət, danışıqlar aparmaq, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları, daxili şöbələr və xarici tərəfdaşlarla effektiv koordinasiya qurmaq qabiliyyəti.