Pasha Malls
Ana səhifə
/
/
/
Daxili nəzarət üzrə menecer

Daxili nəzarət üzrə menecer

  • Pasha Malls
  • Aypara Palace and Town" 66 Nasimi district, 68 Neftçilər Prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

117

Təsvir

  • Yerli qanunvericiliyə və beynəlxalq ən yaxşı təcrübələrə uyğun daxili nəzarət siyasətlərini hazırlamaq və tətbiqini təmin etmək, bu sahədə görülən işlər barədə mütəmadi olaraq şirkət rəhbərliyinə hesabatlar təqdim etmək;
  • Bütün departamentlər və ticarət mərkəzlərində maliyyə, əməliyyat və uyğunluq üzrə əhatəli auditlər aparmaq;
  • Yerində yoxlamalar vasitəsilə riskləri müəyyənləşdirmək və qiymətləndirmək, risklərin azaldılması üçün strategiyalar təklif etmək və daxili siyasətlərə, müqavilələrə və normativ tələblərə əməl olunmasına nəzarət etmək;
  • Fırıldaqçılıq və ya maliyyə uyğunsuzluğu kimi pozuntuları araşdırmaq, vaxtında düzəldici tədbirlərin görülməsini və aidiyyəti sənədləşmənin aparılmasını təmin etmək;
  • Anbar və kassalarda aparılan yoxlamalar da daxil olmaqla inventar və pul vəsaitlərinin auditinə rəhbərlik etmək, dəqiqliyi və şirkət siyasətlərinə uyğunluğu təmin etmək;
  • Audit nəticələri, müəyyən edilmiş risklər və həyata keçirilməsi tövsiyə olunan tədbirlərlə bağlı ətraflı hesabatlar hazırlamaq, məsul şəxsləri müəyyənləşdirmək və təqib prosesinə nəzarət etmək;
  • Risklərin idarə edilməsi və uyğunluq tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif departamentlərlə əməkdaşlıq etmək, fırıldaqçılığın qarşısının alınması və əməliyyatların səmərəliliyinin artırılması istiqamətində komandaları maarifləndirmək və dəstəkləmək.

Tələblər

  • Maliyyə, Mühasibatlıq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Audit metodologiyaları və daxili nəzarət çərçivələri üzrə güclü biliklər;
  • Maliyyə uzlaşmaları (reconciliation), anbar yoxlamaları və uyğunsuzluqların aşkarlanması sahəsində təcrübə;
  • Yerli qanunvericilik və sənaye üzrə ən yaxşı təcrübələr barədə biliklər;
  • Microsoft Office proqramları (Excel, Word, PowerPoint) ilə işləmək bacarığı;
  • Azərbaycan və İngilis dillərində sərbəst istifadə bacarığı.

Vakansiya haqqında

Son tarix

May 25, 2025

Paylaşılıb

may 14, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Magistr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə