Bütün satınalma fəaliyyətlərinin daxili siyasət və prosedurlara, eləcə də qüvvədə olan normativ tələblərə tam uyğun şəkildə həyata keçirilməsini təmin etmək;
Satınalma proseslərini və seçim qərarlarını təşkilatın müəyyən etdiyi standartlar və idarəetmə siyasətləri çərçivəsi ilə uyğunlaşdırmaq;
Satınalma həllərinin son istifadəçi tələblərinə (keyfiyyət, xərc və vaxt çərçivəsi baxımından) uyğunluğunu təmin etmək;
Son istifadəçilərlə sıx əməkdaşlıq edərək tələbləri dəqiqləşdirmək və məqsədəuyğun satınalma həllərinin təqdim olunmasını təmin etmək;
Pasha Malls üzrə mərkəzləşdirilmiş təchizatçı idarəetmə proseslərini, o cümlədən pre-kvalifikasiya mərhələsini idarə etmək;
Müqavilələrin mərkəzləşdirilmiş qaydada idarə olunmasına nəzarət etmək və onların düzgün icrasını təmin etmək;
Satınalma sistemlərinin və hesabatlılıq proseslərinin idarə olunmasını həyata keçirmək, istifadəçilərə (sifarişçilərə) dəstək göstərmək;
Tələbat planlaması və konsolidasiya imkanlarının müəyyən edilməsi daxil olmaqla satınalma konsolidasiyası təşəbbüslərində iştirak etmək və bu prosesləri koordinasiya etmək;
Maraqlı tərəflərlə əməkdaşlıq edərək satınalma siyasətləri, prosedurları və strategiyaları üzrə uyğunluğu təmin etmək;
Gündəlik, aylıq və rüblük satınalma hesabatlarını hazırlamaq və idarə etmək;
Xərclərin optimallaşdırılması və əlavə dəyərin yaradılması istiqamətində təşəbbüslər irəli sürmək və həyata keçirmək (xərcin azaldılması, tələbatın optimallaşdırılması və s.);
Satınalma fəaliyyətlərinin effektivliyinin artırılması məqsədilə davamlı təkmilləşdirmə təşəbbüslərində iştirak etmək;
Daxili nəzarət və xarici audit tələblərinə uyğun olaraq dəqiq, tam və yoxlanıla bilən satınalma sənədləşməsini təmin etmək;
Satınalma fəaliyyəti ilə bağlı məsələləri təhlil etmək və müvafiq tədbirlərin görülməsi üçün rəhbərliklə koordinasiya aparmaq.
Tələblər
Təchizat zəncirinin idarə edilməsi, mühəndislik, maliyyə, iqtisadiyyat və ya digər uyğun ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi;
Satınalma üzrə təcrübə daxil olmaqla minimum 3 ildən artıq müvafiq iş təcrübəsi;
Satınalma proseslərinin tam dövrü üzrə uğurlu praktiki təcrübə (tələbat planlaması, satınalma strategiyasının hazırlanması, tenderlərin təşkili, danışıqların aparılması, müqavilələrin bağlanması və təchizatçı performansının idarə olunması);
Tenderlər üzrə peşəkar təcrübə (imkanların müəyyən edilməsi, həcmin optimallaşdırılması və xərclərin azaldılması təşəbbüslərinin həyata keçirilməsi);
Təchizatçıların seçimi, pre-kvalifikasiyası və inkişafı sahəsində sübut olunmuş təcrübə, eləcə də effektiv və dayanıqlı təchizatçı bazasının formalaşdırılması bacarığı;
Təchizatçı performansının idarə olunması üzrə inkişaf etmiş bacarıqlar;
Güclü analitik düşüncə və Excel proqramı üzrə yüksək səviyyəli biliklər;
Müqavilə idarəetməsi prinsipləri, kommersiya şərtləri və risklərin azaldılması yanaşmaları üzrə biliklər;
Güclü danışıqlar aparmaq, təsir etmə və münaqişələrin idarə olunması bacarıqları, ölçülə bilən qənaət və əlavə dəyər yaratmaq qabiliyyəti;
Güclü maraqlı tərəflərin (stakeholder-lərin) idarə olunması bacarıqları, müxtəlif funksiyalar və yekun istifadəçilər i i ilə effektiv əməkdaşlıq qurmaq qabiliyyəti;
Azərbaycan və İngilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
Nəticəyönümlü, təşəbbüskar və dinamik iş mühitində eyni vaxtda bir neçə prioriteti effektiv idarə etmək və detallara yüksək diqqət göstərmək bacarığı.