PAŞA Property Management “Təmizlik xidmətləri üzrə qrup rəhbəri” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Təmizlik işçilərini gündəlik işə başlamazdan əvvəl toplamaq, onlara təhlükəsiz iş haqda təlimat vermək;
- Təmizlik işçilərinin gündəlik işlərini təhlükəsiz, düzgün və təyin olunmuş vaxt ərzində yerinə yetirmələrinə nəzarət etmək;
- Təmizlik işçilərinin işlədikləri ərazilərdə olan ofis işçilərinin, müsafirlərin irad və təkliflərini öyrənmək və rəhbərliyə məlumat vermək;
- Təmizlik işçilərini həftəlik kimyəvi təmizlik vasitələri və ləvazimatlar ilə təmin etmək və istifadəsinə nəzarət etmək;
- Təmizlik işçilərinə avadanlıqlardan istifadə qaydalarını öyrətmək və düzgün şəkildə istifadə edilməsinə nəzarət etmək;
- İş gününün sonunda təmizlik avadanlıqlarının, alətlərin əməkdaşlar tərəfindən anbarda düzgün yığıldığına və hər birinin anbarda olduğunu əvvəlcədən hazırlanmış cədvəl əsasında yoxlayaraq qeyd etmək;
- Binada təmizlik aparılan bütün əraziləri yoxlamaq, aşkar etdiyi natəmiz ərazilər haqda qeydiyyat aparmaq və rəhbərliyə məlumat vermək;
- Təmizlik işçilərinin yemək və çay fasiləsinə vaxtında gedib-gəlmələrinə nəzarət etmək;
- Hər ayın sonuncu həftəsinin cümə günü kimyəvi təmizlik vasitələri və materialları olan anbarda sayım aparmaq və rəhbərliyə qalan malların siyahısını təqdim etmək;
- Təmizlik işçilərinə aid olan mətbəx, paltar dəyişmə, duş kabinləri və sanitar qovşaqlarında yaranmış nazaslıqlar haqda vaxtında rəhbərliyi məlumatlandırmaq;
- Yeni işə götürülən təmizlik işçilərinə iş prosedurları, təmizləyici avadanlığın istifadəsi, həmçinin iş yerində təhlükəsizlik qaydaları haqqında təlimat vermək;
- Xüsusi təhlükəli kimyəvi vasitələri ayrı bir yerdə saxlamaq və yalnız öz nəzarəti altında işçiyə istifadə üçün vermək;
- Qrup rəhbərləri üçün ayrılmış otağın təmizliyinə və gündəlik istifadə olunmayan təmizlik ləvazimatlarının orada saxlanılmasına nəzarət etmək, digər növbənin qrup rəhbərinə təhvil vermək;
- Təmizlik işçilərininin otaqlarında məlumat lövhəsindəki məlumatları mütəmadi olaraq yenilənmək və nəzarət etmək;
- Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.