Bu gün
113
PAŞA Property Management “Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
-Bütün əmək haqqı hesablanması əməliyyatlarının təyin olunmuş işçilər qrupu üzrə dəqiq və vaxtında işlənməsini təmin etmək üçün iş axınının idarə olunması;
- Təsdiqlənmiş iş vaxtı cədvəllərinin nəzərdən keçirilməsi və dəqiqliyinin təmin edilməsi;
- İşçilərin əmək haqqı hesablanmasının qanun və qaydalara uyğun olmasını təmin etmək;
- Qanunvericiliyin tələbinə əsasən əmək haqqı tutulmaları, maaş avanslarının və digər kəsintilərin tətbiqin və ona nəzarəti təmin etmək;
- İşçilərə dair məlumatların ( iş qrafiki, iş vaxtından artıq iş saatları, məzuniyyət balansı, ştat cədvəli və sairəyə dair təfsilatlı hesabatların hazırlanması/paylaşılması daxil olmaqla) biznes tərəfdaş komandası, maliyyə komandası və iş cədvəllərinə nəzarətçilər arasında axınına və koordinasiyasına nəzarət etmək və məsul olmaq.
- İşçilərin sorğuları əsasında illik əmək haqqı arayışlarının hazırlanması;
- Müvafiq şöbələrə İR-ə dair hesabatlar üçün, əmək haqqı, şirkət büdcəsi və xərcləri barədə məlumatların hazırlanması;
- Əmək haqqı və iş vaxtı cədvəlinin auditi fəaliyyətinin aparılmasına köməklik etmək;
- İşçilərin əmək haqqı sorğularının vaxtında cavablandırılması;
- İşçilərə bank hesabı və əmək haqqı kartlarının verilməsini təmin etmək;
- Sosial müavinətlər ilə bağlı DSMF-yə müraciət etmək;
- Həyat Sığortası və Həyatın Yığım Sığorta Planı təminatçıları və işçiləri arasında əlaqələndirici şəxs kimi fəaliyyət göstərmək.
· Ali təhsil (uyğun sahələr üzrə);
· Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
· Əmək qanunvericiliyi və əmək haqqı hesablanması üzrə mövcud qaydalar haqqında biliklər;
· HRIS proqram təminatları ilə işləmək bacarığı (SAP üzrə biliklər üstünlükdür);
· MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
· Power BI proqramı üzrə biliklər – üstünlükdür;
· Azərbaycan dilində səlis, İngilis dili biliyi – üstünlükdür;
· Rəqəmlərlə işləmə, analitik düşünmə və detallara diqqətlilik.
Son tarix
October 5, 2025
Paylaşılıb
avqust 26, 2025
Vakansiya növü
Tam ştat
Esyasoft CIS ● Bakı, Azərbaycan
Bu gün
52
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ● Tovuz, Azərbaycan
Bu gün
29
Kontakt Home ● Bakı, Azərbaycan
Bu gün
824
AccessBank ● Ağcabədi, Azərbaycan
Bu gün
142