Bütün malları optimal şəraitdə saxlamaq və təslim etmək üçün hazır olmasını təmin etmək;
Bütün anbar ərazilərinin təmiz olmasının və yüksək gigiyena standartlarına cavab verməsini təmin etmək;
Malların effektiv qəbulundan istifadə etməklə, layihə xərclərinin minimuma endirilməsini təmin etmək (Layihə Rəhbəri və Təchizat şöbəsinin Rəhbərinin verdiyi təlimat vasitəsilə);
Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək, düzgün əməliyyat standartları və prosedurlarına riayət olunmasını təmin etmək;
Anbarda olan materialların miqdarının hesabat üzrə qalıqla faktiki qalığın dəqiq olmasına cavabdeh olmaq;
Gündəlik mədaxil və məxaric olan malların sənədləşdirilərək analitik uçot əsasında ümumi cədvələ işləmək, hər ayın sonunda aylıq hesabatın tərtib edilərək mühasibatlığa təqdim etmək;
Qabaqcadan anbar üçün təyin edilmiş, daxil olan malların saylarını yoxlayıb təsdiq etmək;
Çatışmayan malın kodunu, nömrəsini, adını, təslim etmə vahidini və minimum və maksimum ehtiyat həcmlərini müəyyən etmək;
Anbarlardan çıxan bütün malların təslimatının tam başa çatdırılmış, hesabı bağlanmış/ təsdiq olunmuş anbar tələbnamələrinə görə aparılmasını təmin etmək;
Anbardakı bütün yarım bölmələrlə, mal göndərən və qəbul edənlə qarşılıqlı əlaqədə olmaq və əməkdaşlıq etmək;
Şöbələr daxilində qəbul prosesi ilə bağlı daxili nəzarət siyasəti və prosedurlarını həyata keçirmək;
Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaratmaq və gündəm saxlamaq;
Maliyyə departamenti tərəfindən aparılan fiziki inventarlaşdırma zamanı hazır olmaq;
Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.
Əməliyyatlarda baş verəcək hər hansı durğunluğun qarşısının alınması üçün düzgün şəkildə anbar planmasının aparılması.
Şirkətin cari istifadəsində olan ERP proqramında sifariş tələblərinin məhsul kodları, adları və spesifikasiya məlumatları nəzərə alınmaqla yaradılması.
Tələblər
Anbar idarəetməsi iş təcrübəsi;
Ali və ya orta ixtisas təhsili;
MS Office proqramları ilə işləmə bacarığı (xüsusilə Excel);
Anbar uçotu və sənədləşmə prosesləri üzrə biliklərə sahib olmaq;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Yüksək məsuliyyət və detallara diqqətlilik;
Fiziki inventarizasiya proseslərində iştirak bacarığı.